22.11.2023 00:04
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Azərbaycan Respublikasının Tarixi şöbəsinin müdiri, t.e.d., professor Mais Əmrahovun Türkiyədə Akademik Tarih ve Düşünce Dergisində (Academic Journa lof History and Idea ISSN: 2148-2292 10 (2) 2023) “44 günlük II Qarabağ-Vətən müharibəsində Türkiyə” mövzusunda məqaləsi çap olunmuşdur.
Məqalədə Azərbaycan-Türkiyə əlaqələrinin tarixinə toxunularaq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına səfərləri, iki qardaş ölkə arasında yaranmış hərbi, siyasi, diplomatik və iqtisadi münasibətlər faktlarla göstərilmişdir. Qeyd olunur ki, 2020-ci il sentyabrın 27-də başlanan və noyabrın 10-da başa çatan 44 günlük II Qarabağ - Vətən müharibəsində qələbənin qazanılmasında qardaş Türkiyənin böyük və əvəzolunmaz xidməti vardır. Ermənistanın Azərbaycan Respublikası ərazilərinə yeni hücumu bölgədə sülhün və sabitliyin qarşısında ən böyük təhlükə olduğunu bildirən Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələrdəki səhifəsində türk millətinin hər zaman olduğu kimi, bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olduğunu qeyd etdi. Materialda 2020-ci il sentyabrın 27-də başlanan II Qarabağ-Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin Türkiyə Cümhuriyyərinin aparıcı televiziya kanalları və müxbirlərinə müsahibələrinin məzmunu açıqlanmış, Anadolu, İHA, DHA agentlikləri, TRT HABER, TÜRK HABER, A HABER, NTV və s. telekanallarının, o cümlədən ölkənin aparıcı qəzetləri və xəbər portallarının Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən başlayaraq həyata keçirdiyi növbəti hərbi təxribatlar və hərbi qarşıdurma, cəbhə bölgəsindəki vəziyyət barədə türkdilli tamaşaçıları və oxucuları məlumatlandırdığı, 2020-ci il dekabrın 10-da Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş “Zəfər Paradı”nda ölkələrimiz arasındakı qardaşlığın rəmzinin bariz nümunəsi kimi Vətən müharibəsində şəhid olan azərbaycanlıların sayı qədər türk əsgərlərinin də iştirakı qeyd edilmişdir