22.11.2023 17:58
Kitabın Elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli,elmi redaktoru tarix elmləri doktoru Ədalət Qasımov, rəyçilər akademik İsmayıl Hacıyev, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, məsul redaktor tarix üzrə fəlsəfə doktoru Günel Aslanlıdır.
Kitabda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ictimai - siyasi və dövlətçilik fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilir. Onun dövlət təhlükəsizliyi orqanlarında çalışdığı dövr, sovet Azərbaycana rəhbərliyi və Moskvada yüksək dövlət vəzifəsində işlədiyi illər dahi şəxsiyyətin həyatında xüsusi mərhələ kimi araşdırılır. Görkəmli dövlət xadiminin 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının rəhbərliyi, müstəqil Azərbaycan Respublikasının dövlət başçısı kimi çoxşaxəli fəaliyyəti zəngin materiallar əsasında təhlil olunur.
Əsərdən Heydər Əliyevin həyatı və dövlətçilik fəaliyyəti ilə maraqlanan elmi ictimaiyyət və geniş oxucu auditoriyası faydalana bilər.
____________________
İctimaiyyətlə əlaqələr şöbəsi