AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya institutunda Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 100 illiyi münasibət ilə

24.11.2023 11:43

Tədbirdə tarix institutunun əməkdaşları və Bakı Qızlar Universitetinin tarix fakültəsinin tələbələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan institutun icraçı direktoru tarix elmləri doktoru İlqar Niftəliyev tədbirin mahiyyətindən danışıb.

Daha sonra "Azərbaycanın Sovet dövrü tarixi" şöbəsinin müdüri tarix elmləri doktoru İkram Ağasiyev “Azərbaycanı Tədqiq və TəTəbbö Cəmiyyətinin yaranmasının tarixi şərtləri və əsas istiqamətləri”adlı məruzə ilə çıxış edib. Bildirib ki, Bu il Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaranmasinin 100 ili tamam oldu və Azərbaycanın elmi ictimaiyyəti bu əlamətdar hadisəni geniş şəkildə qeyd edir.

Birinci nöbədə, sadəcə insan cəmiyətinin elmi biliklərə olan təlabatını qeyd etməliyik.Heç şübhəsiz elmin inkişafı müəyyən bir cəmiyyətin maddi və mənəvi ehtiyacları ilə sıx bağlıdır. Elm- ictitimai sürun bir forması kimi cəmiyyət üzvlərinin dünyagörüşünün tərkib hissəsidir və elm öz inkişaf mərhələlərində bəşəriyyətin, cəmiyətin inkişaf meyllərini özündə əks etdirir. Bu gün də AMEA Azərbaycan Respublikasının Baş elmi təşkilatlarından biri kimi Azərbaycan Respublikasının, Azərbaycan cəmiyyətinin muxtəlif sahələrinin inkişafında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, Azərbaycan dövlətinin inkişafında, müstəqilliyimizin daha da möhkəmlənməsində öz töhfəsini vermiş və bu ənənə davam etməkdədir.

Bir faktı qeyd etmək yerinə düşər ki, Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyətinin özəyini hələ 1920-ci ildə yaradılan BDU-nın alimlərindən ibarət elmi asossiasiya təşkil etmişdirHumanitar, tibb və təbiət bölməsindən ibarət bu elmi assosiasiya 1925-ci ildə Azərbaycan Hökumətinin səramcanına verildi. Bu assosiasiya Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyətinə daxil edilmişdir.

Assosiyaya Y.A. Paxomov,A.V.Baqri, Y.İ.Baybakov, V.V.Baqaçov, D.Qolovnin, P.K.Juze,V.Malinovski, X.Məlik Aslanov,V.B.Tomaşevski, H.Şaxtaxtinski, V.A.Udinsev, D.Urusov, V.R.Smirnov-Loqinov, V.M.Sisoyev və s. daxil idi.

1923-cü ilin aprelində Assosiasiya üzvləri Azərbaycan SSR MİK qarşısında Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyətinin yaradılması xahişi ilə vəsatət qaldırdılar. Professor D.Urusov tərəfindən Cəmiyyətin Nizamnaməsi də yazılmışdı, lakin O vəfat etdiyindən cəmiyyətin yaranması bir müddət təxirə salınmışdı.

Azərbaycanı Tədqiq və Tətəbbö cəmiyyətinin öz sıralarında dövrün tanınmış elm, mədəniyyət, dövlət və maarif xadimlərini birləşdirmişdi. Nəriman Nərimanov, Ə.Haqverdiyev, Səmədağa Ağamalı oğlu, Həbib Cəbiyev, M.H. Baharlı,Tağı Şahbazi, Bakı Universitetinin professorları D.Urusov, A.Baqri, D.Qolovnin, V.Trofimov, P.Juze,V.Smirnov-Loqinov, Aşmarin, Y.Paxomov, X.Sisoyev və s.) C.Məmmədquluzadə, B.Çobanzadə, rus alimi İ.İ.Meşşaninov da Cəmiyyətin işində fəal iştirak etmişlər.

Daha sonra tarix üzrə fəlsəfə doktoru ,dosent Aypara Rüstəmova“Azərbaycanı Tədqiq və TəTəbbö Cəmiyyətinin elmi kitabxanasının təşkili və fəaliyyəti”,tarix üzrə fəlsəfə doktoru Tamella Kocayeva “Azərbaycanın arxeologiyasının və etnoqrafiyasının öyrənilməsində Azərbaycanı Tədqiq və TəTəbbö Cəmiyyətinin rolu ” ,tarix üzrə fəlsəfə doktoru İlham Həsənov“Azərbaycanı Tədqiq və TəTəbbö Cəmiyyətinin Azərbaycanın Qərb bölgəsinin tarixinin öyrənilməsində rolu”, Aybəniz Osmanova Azərbaycan tarixinin problemləri V. M. Sısoyevin əsərlərində, tarix üzrə fəlsəfə doktoru Əzizə Nəzərli “Repressiya olunmuş qurultay” (I Türkoloji Qurultayın repressiya olunmuş iştirakçıları haqqında) adlı geniş məruzələrlə çıxış ediblər.

Sonda tədbirdə iştirak edən tələbələrin sualları cavablandırılıb,maraqlı söhbətlər aparılıb.

                

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruri

Paylaş: