AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunda Şuşa şəhərinin türk dünyasının mədəniyyət mərkəzi elan olunması münasibət ilə konfrans keçirilib

04.12.2023 21:51

Tədbiri giriş sözü ilə açan İnstitutun icraçı direktoru tarix elmləri doktoru İlqar Niftəliyev konfransın mahiyyətindən danışaraq bildirib ki,tarixən Azərbaycanın tarixi-mədəni həyatının mühüm mərkəzlərindən biri olan Şuşa 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu Qarabağımızı, o cümlədən Şuşanı düşmən işğalından azad edib. “İyirmi səkkiz il işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır!

Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır.

Daha sonra Azərbaycanın beynəlxalq əlaqələr tarixi şöbəsinin müdiri,t.e.d.,prof.Tofiq Mustafazadə "Üçtərəfli Bəyanatdan Şuşa Bəyannaməsinə:  Cənubi Qafqazda yeni geosiyasi durumun formalaşmasında  mühüm mərhələ" adlı məruzə ilə çıxış edib. 2021-ci il iyunun 15-də tariximində Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında müttəfiqlik münasibətləri haqqında müqavilə qeyd olunan prosesi qətiləşdirdi.. Şuşa bəyannaməsinin imzalanması günü və ili də təsadüfi seçilməmişdir. Məlumdur ki, 15 iyun Azərbaycan xalqının qurtuluş günüdür. Bəyannamənin imzalanması Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf edir. 100 il əvvəl olduğu kimi, indi də bölgə uğrunda beynəlxalq güclər açıq mübarizə aparırlar. Bu dəfə fərq ondadır ki, hadisələr Azərbaycanın xeyrinə və maraqlarına uyğun cərəyan edir. Tanınmış politoloq Zaur Məmmədovun qeyd etdiyi kimi, əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyrinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir» [13].   
Şuşa  bəyannaməsi Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyanın dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında  davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir [13].    
Bəyannamənin ən önəmli müddəası iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə onların bir-birinə yardım etməsi haqqında müddəadır. Bəyannamədə açıq və qəti şəkildə deyilir: Tərəflərdən hər hansısa birinin  fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlağına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçiriləcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər… Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.

2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda antiterror əməliyyatının keçirilməsi Cənubi Qafqaz regionunda yeni geosiyasi durumun formalaşdırılması yolunda yeni mühüm addım oldu. Bunun sayəsində Üçtərəfli Bəyanatın azərbaycanlı qaçqınların Xankəndiyə və bölgənin digər yerlərinə qayıtmaları üçün imkan yarandı.İndi Azərbaycan beynəlxalq təşkilatların və Qərb dövlətlərinin rəyini soruşmadan vətəndaşlarının ata-baba yurdlarına qayıdışını həyata keçirir.

Sonra institutunun Azərbaycanın qədim dövr tarixi şöbəsinin “Hərb tarixi” qrupunun aparıcı elmi işçisi,t.ü.f.d.,dosent Nərminə Əmirbəyova "Şuşanın türk dünyasının hərb tarixində yeri", Azərbaycan Xalq Cümhuriyyəti tarixi şöbəsinin müdiri,t.e.d.,dosent Kamran İsmayılıov "Şuşa şəhəri Azərbaycan Xalq Cümhuriyyəti dövründə", Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsinin müdiri,t.ü.f.d.,dosent Hacı Həsənov " XIX-XX əsrin əvvəllərində Şuşanın beynəlxalq iqtisadi əlaqələri", nın sovet dövrü tarixi şöbəsinin a.e.i., t.ü.f.d.,dosent Raisa Cəfərova "Böyük “terror” illərində repressiyaya məruz qalmış şuşalı qadınlar", Azərbaycanın müstəqillik dövrü tarixi şöbəsinin a.e.i.,t.ü.f.d.,dosent Nigar Axundova "Şuşanın qədim tarixi abidələrinin Azərbaycan memarlıq üslubuna uyğun bərpası", Azərbaycanın beynəlxalq əlaqələr tarixi şöbəsinin Azərbaycan Diaspora tarixi elmi qrupunun qrupunun rəhbəri, t.ü.f.d.,dosent Mahir İbrahimov "Zəfər yolu:Qarabağ savaşından 10 noyabr bəyanatıadək",Azərbaycanın beynəlxalq əlaqələr tarixi şöbəsinin elmi işçisi Yaqut Əmirova "2021-ci il 15 iyun Şuşa Bəyannaməsi" adlı məruzələrlə çıxış ediblər.


_____________
İctimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: