11.12.2023 11:07
Tarix elmləri doktoru ,professor Tofiq Mustafazadənin "Dərbənd: XVIII-XIX əsrin əvvəllərində" adlı kitabı nəşr olunub.
Kitabda arxiv sənədləri və tarixi mənbələr əsasında qədim Azərbaycan şəhəri Dərbəndin XVIII-XIX əsrin əvvəllərində sosial-iqtisadi vəziyyəti, ictimai-siyasi tarixi araşdırılır. Əsərdə XVIII əsrin əvvəllərinədək şahın təyin etdiyi hakimin sultanlıq kimi idarə etdiyi Dərbəndin 1722 – 1735-ci illərdə çar Rusiyası tərəfindən işğalı dövründəki vəziyyəti, 1747-1759-cu və 1796-1803-cü illərdə mövcud olmuş Dərbənd xanlığının, habelə Dərbəndin Quba xanlığının tərkibindəki dövrdə (1759-1796, 1803-1806) vəziyyəti işıqlandırılır.
Kitabdan tarixçi alimlər, ali məktəb tələbələri və tarixlə maraqlananlar faydalana bilərlər.
Kitab institutun elektron nəşrlərə daxildir .
_________________________________
İctimaiyyətlə əlaqələr şöbəsi