AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və etnologiya İnstitutunda Elmi konfrans keçirilib

14.12.2023 22:19

13 dekabr 2023 –cü il tarixində Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix və etnologiya  İnstitutunun təşkilatçılığı ilə “Ziya Bünyadov: Müharibə və elm cəbhəsinin qəhrəmanı” adlı Respublika Elmi Konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan Tarix və etnologiya  İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov Akademik Ziya Bünyadov zəngin elmi yaradıcılıq yolundan danışaraq bildirib ki, tarix elminin yeni mərhələyə yüksəlməsinə, ümumən, elmin təşkili işinə böyük əmək sərf etmişdir. Ziya Bünyadovun fundamental araşdırmalarında orta əsr müsəlman Şərqi dövlətlərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı dərin təhlillər əsasında dolğun əksini tapmışdır. Ziya Bünyadov Azərbaycan xalqının tarixinin saxtalaşdırılması cəhdlərinə qarşı daim ardıcıl və qətiyyətli mübarizə aparmış, taleyüklü milli məsələlərə münasibətdə hər zaman vətənpərvər ziyalı mövqeyi ilə seçilmişdir”. Kərim Şükürov eyni zamanda bu gün Vikipediya səhifələrində və digər internet resurslarda Ziya Bünyadovla bağlı gedən yanlış məlumatlara İnstitutunun müvafiq şöbələrinin mütəxəssisləri tərəfindən cavabların hazırlanmasını vacib olduğunu bildirmişdi.

Daha sonra Tarix və etnologiya  İnstitutunun “Azərbaycanın VII-XIV əsrlər tarixi” şöbəsinin müdiri,akademik Nərgiz Axundova konfransın mahiyyətindən danışaraq, “Ziya Bünyadov Azərbaycanda orta əsrlər ortaq türk tarixinin öyrənilməsinin banisi kimi”adlı məruzə ilə çıxış edib.Bildirib ki, Z.Bünyadovun çoxsaylı əsərləri orta əsrlər Şərqinin aktual problemlərinə,Azərbaycanın erkən orta əsr tarixinin siyasi, mədəni, dini, sosial tarixinə həsr olunmuşdu. Onun davamçıları elmi ənənəyə sadiq olaraq, Xilafət tarixində türklərin siyasi yüksələşini və dövlət idərəçiliklərinin xüsusiyyətlərini təhlil etmişlər. Digər əsərlərdə Xilafətin Azərbaycanla əlagələri, ərəb mənbələrinin tarixi hadisələrin izah edilməsi üçün vacibliyi, ümümmüsəlman mədəniyyətinin formalaşmasına türklərin təsiri dərindən öyrənilmişdir. Z.Bünyadovun rəhbərliyi altında orta əsrlər mənbələrini tərcüməsi və şərh olunması baş vermış və bununla şərqşünaslığa, azərbaycanşünaslığa, türkologiyaya böyük töhfələr verilmişdir.Bütün bu tədqiqatlarda türklərin Asiya məkanında, demək olar ki alternativsiz , hərbi- siyasi hakimiyyətin nümayəndələrinə çevrilməsi göstərilir. 

Daha sonra  AMEA A.A.Bakıxanov adına Tarix və etnologiya  İnstitutunun “Azərbaycanın VII-XIV əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Ramil Ağayev “Ərəbdilli mənbələrdə rast gəlinən “Yaxın Azərbaycan və Uzaq Azərbaycan” terminləri haqqında”, Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədova “Muzeyə təhvil verilən akademik Ziya Bünyadova aid təltiflər”, Bakı Dövlət Universitetinin müəllimi, İsrail Əmirli “Türkiyə-Yaponiya siyasi münasibətləri yeni mərhələdə 1950-1960-cı illər”,tarix İnstitutunun şöbə müdiri, t.e.d., prof. Şahin Fərzəliyev “Akademik Ziya Bünyadov və onun nəsli haqqında bəzi qeydlər”, tarix İnstitutunun elmi işçisi, Aydın Əlizadə “Akademik Ziya Bünyadov: tarix ilə şərqşünaslığın birgə təcəssümü”, rarix İnstitutu, t.e.d., dosent Nazilə Soltanova “Зия Буниятов – предcтавитель мирового востоковедения”, Arxeologiya, Etnoqrafiya və Antropologiya insititutu , kiçik elmi işçi Adgözəlova Aliyə “Qarabağın Arsak tipli xaçdaşları Qafqaz Albaniyasının dini simvolikası kimi”, BDU-nun əməkdaşı, t.ü.f.d., dosent Lalə Əliyeva “Ziya Bünyadov və Azərbaycan türk etnosunun təşəkkülü məsələsi”, Arxeologiya, Etnoqrafiya və antropologiya İnstitutu, t.ü.f.d., dos. Taleh Əliyev “Bərdic şəhərinin lokalizasiyasına dair”, BDU-nun müəllimi, t.e.d., dosent Aidə Bağırova “Ирако-Египетские отношения в годы ирано-иракской войны”, Tarix İnstitutunun aparıcı elmi işçisi, il.ü.f.d., dosent Şahlar Şərifov“Səlcuq türklərinin Nişapura daxil olması (Əbul-Fəzl əl-Beyhəqinin “Tarix əl-Beyhəqi” əsəri əsasında)” , BDU-nun müəllimi,t.ü,f.d.,dosent  Azad Rzayev,t.ü.f.d., Kəmalə Əliyeva “Kто вы граждании  Буниятов?”adlı məruzələrlə çıxış ediblər.

Məruzələr bitdikdən sonra çıxışlar ətrafında fikir mübadiləsi aparıldı və suallara cavablar verildi.İclasın sonunda Tarix və etnologiya  institutunun “Dünya tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor İ.Bağırova və tarix institutunun elmi işlər üzrə direktor müavini ,tarix   elmləri doktoru, dosent İ.Niftəliyev Z.Bünyadovun 100 illinə həsr olunmuş elmi konfransın keçirilməsinin əhəmiyyətini qeyd edərək, bildirdilər ki, Z.Bünyadov Azərbaycanın VII-IX əsrlər, XII-XIII əsrlər tarixinin konsepsiyasını yaratmışıdr. Z. Bünyadov təkcə orta əsrlər tarixi deyil, eyni zamanda Azərbaycanın XX əsr tarixinin bir sıra vacib problemlərini tədqiq etmişdir. Onların içərisində Bakı kommunası tarixi, Azərbaycan Xalq Cümhuriyyəti tarixi, Azərbaycan “Böyük terror” illərində , Azərbaycan diviziyalarının İkinci dünya müharibəsi illərində döyüş yolu kimi mövzuları qeyd etmək lazımdır. XX əsrin 80-ci illərində Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdüyü dövrdə Z.Bünyadov mətbuatda, müxtəlif tədbirlərdə elmi qaynaqlara əsaslanaraq bu iddiaların əsassız olduğu subut etmişdir. Təsadüfü deyil ki, Azərbaycan tarixçiləri arasında Z.Bünyadov ən çox ermənilərin tənqidə məruz qalan alimimiz olub. Hətta erməni müəllifləri Z.Bünyadovun Azərbaycan tarixinin konsepasiyasına “bunyatovşina” kimi damğa vurmuşdular. Çünki Z.Bünyadov öz əsərlərində erməni müəlliflərinin Qafqaz Albaniyası, Azərbaycanın tarixi çoğrafiyası, “Böyük Ermənistan” barədə saxta tarixi konsepsiyalarını əsaslı şəkildə ifşa edirdi. 

_______________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

Info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

@ Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: