18.12.2023 10:32
Aygün Səfər qızı Əzimovanın 5503.02-“Vətən tarixi” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Bakı Sovetinin anti-Azərbaycan siyasəti (mart 1917- sentyabr 1918)” mövzusunda təqdim edilmiş dissertasiya işinin müdafiəsi təşkil olunub.
Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər, rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçı uğurla müdafiə etdi və təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.
__________________________________________
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi