22.12.2023 11:49
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR Milli Məclisinin deputatları, AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisə və təşkilatlarının direktorları, YAP ərazi partiya təşkilatının nümayəndələri və gənc alimləri iştirak ediblər.
İclasdan öncə “Heydər Əliyev İli” çərçivəsində AMEA-nın elmi müəssisə və təşkilatlarında işıq üzü görmüş nəşrlərə və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərinə toxunub. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev sovet hakimiyyəti illərində Azərbaycanı ittifaqın ən geridə qalmış ölkəsindən inkişaf etmiş respublikasına çevirməsi və SSRİ kimi dünyanın aparıcı dövlətinin rəhbərliyi səviyyəsinə yüksəlməsi ilə beynəlxalq aləmin diqqətini öz üzərinə çəkib. Akademik İsa Həbibbəyli bildirib ki, hələ sağlığında ikən Ulu Öndərin misilsiz xidmətləri alimlərimiz, yazıçılarımız və ziyalılarımız tərəfindən həm elmi, həm də bədii ədəbiyyatda öz əksini tapıb, yerli və xarici jurnallarda məqalələr dərc olunub.
Tədbirdə, Tarix və Etnologiya İnstitutunun Əliyevşünaslıq şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynova “Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü” mövzusunda məruzə ilə çıxış edib.
Sonra “Heydər Əliyev İli” elan edilməsi haqqında" 29 noyabr 2022- cil il tarixli 3494 nömrəli Sərəncamı ilə əlaqədar Azərbaycan xalqının Ümumimilli lideri Heydər Əliyevin həyatı və fəaliyyətinin zəngin siyasi irsinin ,dövlətçilik ideyalarının tədqiqi və təbliği sahəsində xidmətlərinə görə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov, elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev,tarix elmləri doktoru,professor Mehman Süleymanov,tarix elmləri doktoru, dosent Güllü Yoloğlu, tarix elmləri doktoru, dosent Ədalət Qasımov ,tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova AMEA-nın Təşəkkürnaməsi ilə təltif olunublar.
________________
İctimaiyyətlə əlaqələr şöbəsi