AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunda Elmi konfrans keçirilib

27.12.2023 11:08

AMEA  A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Türk xalqlarının etnoqrafiyası” şöbəsinin təşkilatçılığı ilə 25 dekabr 2023-cü il tarixində “İRAQ TÜRKMƏNLƏRİNİN ETNOQRAFİYASI” adlı Beynəlxalq Elmi Konfrans keçirilib.

Konfransda İraqdan və Türkiyədən İraq türkman alimləri online şəkildə iştirak edib.

 Güllü Yoloğlunun moderatorluğu ilə keçən konfransda giriş sözü ilə AMEA-nın həqiqi üzvü, Teymur Kərimli və tarix və etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev çıxış edərək konfransın əhəmiyyətindən danışıblar.

Daha sonra f.e.d., prof. Qəzənfər Paşayev "İraq türkmənləri ilə ilk tanışlıq",“Türk xalqlarının etnoqrafiyası” şöbəsinin müdiri Güllü Yoloğlu "İraq türkmənlərinin Azərbaycanla bağlılığı Heydər Əliyev və İhsan Doğramaçı nümunəsində", t.e.d. İraq Mədəniyyət Nazirliyi nəzdində Türkmən Mədəniyyət Mərkəzinin sədri, “Türkmən Kültürü” dərgisinin baş redaktoru Dr.Sabah Abdullah Kərküklü (Bağdad, İraq) "Kərkük mətbuatı haqqında", Ankara Universitetində bölüm başqanı Prof.Mahir Nakip (Ankara, Türkiyə)" İraq türkmanlarının musiqi alətləri və ifa tərzləri – təmbur", Kərkük Universitetinin professoru Şahin Çələbi (Kərkük, İraq)"İraqda yaşayan türkmənlərin problemlərindən",Türkmən Çalışmaları Uzmanı Dr. Selcuk Bacalan "Türkmən və Azərbaycan türklərinin ortaq etnoqrafik dəyərləri (müqayisəli tədqiqat)", e.i.Orxan İsayev "Haşim Nahid Ərbilin “İraqtürkləri” silsilə yazılarında dil və ədəbiyyat məsələləri", fil.ü.f.d., dos. Səkinə Qaybalıyeva "Kərkükdə sənətkarlıq", t.ü.f.d., dos.Mehparə Əliyeva, b.lab. Nərminə Hüseynova "İraq türkman mərasimləri (müqayisəli-etnoqrafik məlumat)" adlı məruzələrlə çıxış ediblər.

__________________________________________
İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: