AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Elan

28.12.2023 11:34

Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakixanov adına Tarix  İnstitutu  nəzdində fəaliyyət göstərən  ED 1.30 saylı Dissertasiya şurasının iclası keçiriləcək.

İclasın gündəliyi:

Samirə Nail qızı Ramazanovanın 5102.01 –“Etnoqrafiya və etnologiya” ixtisasında  tarix üzrə  fələsəfə doktoru elmi dərəcəsi almaq üçün “ Azərbaycan qadını ailədə və ictimai həyatda (gender münasibətlərinə etnoqrafik baxış)” mövzusunda təqdim edilmiş dissertasiya işinə ilkin baxış.
Nərmin Əliyar qızı Xanməmmədovanın  5503.02 –“Vətən tarixi” ixtisasında tarix üzrə fələsəfə doktoru elmi dərəcəsi almaq üçün “Şimali Azərbaycanda qaçqınlara dair dövlət siyasəti (1914-1920-ci illər)” mövzusunda təqdim edilmiş dissertasiya  işinə ilkin baxış.
Bəyim Nadir qızı Abdullanın  5502.01 – “Ümumi tarix” ixtisasında  tarix üzrə  fəlsəfə  doktoru elmi dərəcəsi almaq üçün “Rusiya Federasiyasının milli azlıqlar siyasəti  (XX əsrin sonu- XXI əsrin əvvəlləri)”  mövzusunda təqdim edilmiş  dissertasiya işinin müdafiəsi.
Sevinc Akif qızı Qurbanovanın   5502.01 – “Ümumi tarix” ixtisasında  tarix üzrə  fəlsəfə  doktoru elmi dərəcəsi almaq üçün “Heydər Əliyevin neft strategiyasının beynəlxalq aspektləri (1993-2003)”  mövzusunda təqdim edilmiş  dissertasiya işinin müdafiəsi təşkil olunacaq. 

  İclas 29 dekabr   2023-сü  il tarixində  saat 10.00-da konfrans 
 zalında olacaqdır.

 Arzu edənlər iştirak edə bilərlər.

__________________________________________
İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: