AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Şagirdlər Tarix və Etnologiya İnstitutunun qonağı olub

19.01.2024 20:52

18 yanvar 2024-cü il tarixində Sovet İttifaqı Qəhrəmanı Həbibulla Eynulla oğlu Hüseynov adına Bakı şəhər Binəqədi rayonu 83 nömrəli fizika-riyaziyyat-informatika və kimya-biologiya təmaüllü liseyin 8-9-cu sinif şagirdləri və həmin liseyin tarix və kimya müəllimləri  A.A Bakıxanov adına Tarix və etnologiya institutunun qonağı olublar. Görüşdə məqsəd məktəblilərdə tarix elminə  marağı artırmaq, onların bilik və bacarıq səviyyəsinin yüksəldilməsi olub.

Qonaqları salamlayan tarix və etnologiya institutunun elmi işlər üzrə direktor müavini,tarix elimləri doktoru İlqar Niftəliyev institutun yaranma tarixi, görülən işlər, əldə olunan ən son nailiyyətlər barədə  şagirdlərə məlumat verib.
Daha sonra şagirdlər institutun şöbələrində olublar, onları  maraqlandıran mövzularda söhbətlər aparılıb.

______________
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: