AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakixanov adına Tarix və Etnologiya İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.30 saylı Dissertasiya şurasının 09 fevral 2024-cü il tarixində iclası keçirilib

12.02.2024 10:20

Samirə Nail qızı Ramazanovanın 5102.01 –“Etnoqrafiya və etnologiya”ixtisasında tarix üzrə fələsəfə doktoru elmi dərəcəsi almaq üçün “ Azərbaycan qadını ailədə və ictimai həyatda (gender münasibətlərinə etnoqrafik baxış)”mövzusunda və Nərmin Əliyar qızı Xanməmmədovanın 5503.02 –“Vətən tarixi” ixtisasında tarix üzrə fələsəfə doktoru elmi dərəcəsi almaq üçün “Şimali Azərbaycanda qaçqınlara dair dövlət siyasəti (1914-1920-ci illər)” mövzusunda təqdim edilmiş dissertasiya işlərinin müdafiəsi keçirilib.

            

Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər, rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçılar uğurla müdafiə etdi və təqdim etdikləri dissertasiya işləri Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: