13.03.2024 11:12
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, t.e.d., prof. Kərim Şükürov 6 mart 2024-cü il tarixində Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutunun rəhbər heyəti ilə görüş keçirmişdir.
Göruşdə Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, t.e.d., prof. Azamat Ziyo rəhbərlik etdiyi elmi müəssisənin strukturu, fəaliyyəti, qarşıda duran vəzifələr, elmi tədqiqatların əsas istiqamətləri, müxtəlif elmi tədqiqat institututları ilə beynəlxalq əməkdaşlıq haqqında geniş məlumat vermiş, AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu ilə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulamışdır.
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru, t.e.d., prof. Kərim Şükürov görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 fevral 2024-cü ildə andiçmə mərasimində söylədiyi “Türk dünyası bizim ailəmizdir”,- sözlərini xüsusi qeyd edərək, türk xalqları, o cümlədən qardaş özbək xalqı ilə müxtəlif sahələrdə, o cümlədən elm sahəsində əlaqələrin möhkəmləndirilməsinin prioritet istiqamət olduğunu nəzərə çatdırmışdır. Onlayn görüşdə Azərbaycan və Özbəkistan arasında ortaq tarixinin yazılması, kitabların mübadiləsi, birgə elmi konfransların keçirilməsi, eləcə də elmi əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunmuşdur.
Görüşdə elmi əməkdaşlıq haqqında rəsmi anlaşma memorandumunun imzalanması və mütəmadi müzakirələrin keçirilməsi qərara alınmışdır.
_____________
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi