AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Qalib liderlə yeni zirvələrə doğru”

16.03.2024 22:53

YAP Yasamal rayon təşkilatında rəsm sərgisi təşkil olunub

 Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin fevralın 7-də keçirilən prezident seçkilərindəki parlaq qələbəsi və xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq yenidən dövlət başçısı seçilməsinə həsr edilmiş rəsm sərgisi təşkil olunub.

 

“Qalib liderlə yeni zirvələrə doğru” adlı tədbirdə 25 rəssamın 40-dan çox əl işi sərgilənib. Əsərlər Ulu öndər Heydər Əliyevə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbəyə, Qarabağ mövzularına həsr edilib.

 Martın 14-də keçirilən sərgidə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,  Milli Məclisin deputatları Elnur Allahverdiyev, Soltan Məmmədov, Jalə Əliyeva, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə, Bakı Dövlət Universiteti Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, t.e.d. Ədalət Qasımov və başqa qonaqlar iştirak edib, çıxışlar dinlənilib.

Çıxışlarda qeyd olunub ki, fəaliyyətinin hər dövründə Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli dövlətin yaradılması olub, milli dövlətçilik ideyalarını hər şeydən üstün tutub. Ümummilli Liderimizin siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan əldə etdiyi tarixi zəfərlərlə yeni zirvələr fəth edir.

Sərginin sonunda rəssamlara təşəkkürnamələr və  hədiyyələr təqdim olunub.

“Heydər Əliyev. 100 faktın tarixi” 

YAP Yasamal rayon təşkilatında “Heydər Əliyev. 100 faktın tarixi” kitabının təqdimat mərasimi keçirilib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri Ədalət Qasımov, Milli Məclisin deputatı Soltan Məmmədov, Milli Məclisin deputatı Elnur Allahverdiyev və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxışlarında bildiriblər ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri misilsizdir.

 Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 Çıxışlarda vurğulanıb ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurların zirvəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və Azərbaycanın regionda yaratdığı yeni siyasi, iqtisadi, sosial, hərbi reallıqlardır.

Kitabda Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixindəki roluna dair 100 mühüm tarixi fakt yer alır. Ümummilli liderin dövlətçilik fəaliyyətinin əsas istiqamətləri, onun müsahibələri, çıxışları, bəyanatları, eləcə də səfərləri və müxtəlif görüşləri əks olunur. “Heydər Əliyev. 100 faktın tarixi” kitabı 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində ərsəyə gətirilib, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Kitabda Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə əldə edilən sosial-iqtisadi uğurlar, milli mədəniyyətimizin dirçəldilməsi və inkişafı ilə bağlı faktlar, sənədlər təqdim edilir. Nəşrdə əksini tapmış sənədlər Üummilli liderin geniş irsinin müxtəlif aspektlərini daha dərindən araşdırılmasına imkan verir.

Nəşrin əsas hissəsi Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövrünə həsr olunub. Kitabda Ümumilli lider  Heydər Əliyev şəxsiyyətinin əzəməti, intellektual potensialı və fövqəladə zəkası, dövlətçilik fəaliyyəti konkret sənədlər və faktlarla geniş şəkildə əksini tapır.

Tarix və Etnologiya İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin müdiri, t.e.d. Ədalət Qasımov çıxış edərək “Heydər Əliyev: 100 faktın tarixi” kitabını Əliyevşünaslıqda çox əlamətdar bir hadisə sayıb. Qeyd edib ki, “Heydər Əliyev: 100 faktın tarixi” kitabı Ulu Öndərin siyasi və mənəvi irsinin təbliğində bir vəsilə olmaqla yanaşı, Azərbaycan xalqının dahi oğlunun, onun zəngin  həyatı və fəaliyyətini dərindən öyrənənlər üçün ciddi mənbə rolunu oynayacaqdır.

_______________

İctimaiyyətlə əlaqələr şöbəsi

Paylaş: