19.04.2024 21:27
Seminarda institutun “Atropatena və Albaniya (Qafqaz) tarixi” şöbəsinin əməkdaşı Vəliyev Elvin “Tarixçilikdə mənbələrin tənqidi” mövzusunda çıxış etmişdir.
Məruzədə qədim mənbələrin etibarlılıq məsələsi, əsas və ikinci dərəcəli mənbələrin fərqi, mənbələrin daxili və xarici tənqiqi və s. məsələlər öz əksini tapmışdır.
Sonunda İnstitutun elmi işlər üzrə direktor müavini t.e.d İlqar Niftəliyev, “Atropatena və Albaniya (Qafqaz) tarixi” şöbəsinin müdiri t.e.d Ramil Ağayev, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Babazadə və iclasda iştirak edən gənc tədqiqatçılar çıxış edərək, mövzu ilə bağlı fikirlərini bildirmişdilər.
_________
İctimaiyyətlə əlaqələr şöbəsi