AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

AMEA Tarix və Etnologiya İnstitutunun yeni layihəsi

29.04.2024 17:26

AMEA Tarix və Etnologiya İnstitutunun yeni layihəsi

“Azərbaycan tarixi (Ən qədim zamanlardan bizim günlərədək)” bircildliyi

Azərbaycan tarixinə dair bircildlik akademik kitab sonuncu dəfə 1993 (Azərbaycan tarixi. Ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər. Bakı: Elm, 1993, 284 s.) və 1995-ci illərdə (История Азербайджана. С древнейших времен до начала XX века. Баку: Элм, 1995, 432 с. Институт Истории. Институт Археологии и Этнографии) nəşr edilmişdir. Adlarından göründüyü kimi bu nəşrlər də Azərbaycan tarixinin bütün dövrlərini əhatə etməmişdir. Buna baxmayaraq, ötən dövr ərzində, nəinki Azərbaycan tarixinin bütün dövrlərini əhatə edən, hətta bu formatda da bircildlik akademik nəşr olmamışdır.

AMEA Tarix institutu (hazırda AMEA Tarix və Etnologiya institutu) bunu nəzərə alaraq, 2020-ci ilin əvvəllərindən Azərbaycan tarixinin bütün dövrlərini əhatə edən bircildlik akademik nəşr üzərində işə başlamışdır. Tarix və Etnologiya institutu ilə birgə, AMEA-nın Arxeologiya və Antropologiya, həmçinin Şərqşünaslıq institutu mütəxəssislərinin iştirakı ilə “Azərbaycan tarixi (Ən qədim zamanlardan bizim günlərədək)” kitabı nəşrə hazırlanmışdır.  Lakin institut rəhbərliyi tərəfindən belə qərara gəlinmişdir ki, bu kitabın nəşrindən əvvəl hər bir müəllifin mətni ayrı-ayrılıqda institutun saytı vasitəsilə oxuculara təqdim edilsin. Həm elmi ictimaiyyətin nümayəndələri, həm də  geniş oxucu kütləsi bu mətnlər ilə tanış olub, qeyd və təkliflərini institut tərəfindən müəyyən edilmiş e-mailə (azerbaycantarixi.bircildlik2024@gmail.com) göndərsinlər. Bu qeyd və təkliflər müəlliflərin iştirakı ilə müzakirə edilsin və onun nəticələrinə uyğun olaraq, bir daha nəzərdən keçirilsin və kitabın son variantı ən qısa müddətdə çap edilsin.

Mətnlərlə tanış olmaq üçün keçid edin: LİNK 

 

Kərim Şükürov

Direktor

29 aprel 2024-cü il

Paylaş: