AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakixanov adına Tarix və Etnologiya İnstitutu nəzdində fəaliyyət göstərən ED 1.30 saylı Dissertasiya şurasının 16 may 2024-cü il tarixində iclası keçirilib

21.05.2024 09:04

Aytən Vaqif qızı Əsədovanın 5505.02- Arxeologiya ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Qədim dövr və orta əsrlərdə Bərdə şəhərinin şüşə məmulatı” mövzusunda dissertasiya işinin və Pərvinə Ağasəf qızı Əfəndinin 5502.01 –“Ümumi tarix” ixtisasında tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “XIX əsrin I yarısında Misirin ictimai-mədəni həyatının modernləşməsində müsəlman mütəfəkkiri Rafi Rifaa ət -Təhtavinin rolu” mövzusunda dissertasiya işlərinin müdafiəsi təşkil olunub.

Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər, rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçılar uğurla müdafiə etdi və təqdim etdikləri dissertasiya işləri Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.

_____________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: