AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

˝TEAS Press ˝ Nəşriyyat Evi və Latviyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə latviyalı rəssam, şair və yazıçı Yanis Yaunsudrabinşin ˝Ölüm rəqsi˝ kitabının təqdimatı keçirildi.

22.05.2024 09:04

21 mayda ˝LIBRAFF˝ kitab mağazalarının ˝Park Akademiya˝ filialında keçirilən tədbirdə Tarix və Etnologiya İnstitutunun direktoru Kərim Şükürov ,Latviya Parlamentinin sədri Daiqa Mierina, Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov, səfirlik əməkdaşları və oxucular iştirak edib.

Tədbirin rəsmi açılışından sonra söz kitabın tərcüməçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Nigar Sultanovaya verildi. Nigar xanım əsər haqqında qonaqları məlumatlandırdı və kitabın Azərbaycan dilinə tərcümə edilməsinin önəmindən danışdı.

Daha sonra kitabın ön sözünün müəllifi, tarix elmləri doktoru, professor Kərim Şükürov çıxış etdi və ˝Ölüm rəqsi˝ əsərinin Bakının 1915-1918-ci illər tarixinin rekonstruksiyasındakı əhəmiyyətini vurğuladı.

Əsər haqqında təəssüratın yaranması üçün nəşriyyatın redaktoru Vüsalə Babayeva ˝Ölüm rəqsi˝ romanından bəzi hissələri səsləndirdi.

Ardınca söz Latviya Parlamentinin sədri xanım Daiqa Mierinaya verildi. O, Latviya yazıçısının əsərinin Azərbaycan dilinə tərcüməsinə və göstərilən diqqətə görə təşəkkür etdi.

Sonda qonaqlara hədiyyələr təqdim edildi və xatirə fotoları çəkdirildi.

Məlumat üçün bildirək ki, Yanis Yaunsudrabinşin ˝Ölüm rəqsi˝ kitabı ˝TEAS Press˝ Nəşriyyat Evi tərəfindən Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub.

100 il əvvəlin eşq və ölüm qoxulu Bakısı haqqındakı romanda hadisələr XX əsrin əvvəllərində cərəyan edir. Romanı oxuyanda bir yabançının – Latviyadan gəlmiş mühacirin gözləri ilə o dövrün Bakısına baxırıq. Neft, milyonçular, milyonçu olmağa çalışan tacirlər, Bakı və bakılılar, mühacirlər, sağ qalmaq uğrunda mübarizə, insan psixologiyası, xəyanət, Birinci Dünya müharibəsi, vətəndaş müharibəsi, siyasi maraqlar, toqquşmalar, yoluxucu xəstəliklər, aclıq, tamah, ölüm, ölümün müdhiş rəqsi.

_____________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: