24.05.2024 09:56
22 may 2024-cü il tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Şuşa: Keçmişi və inkişaf perspektivləri gəncliyin gözü ilə” mövzusunda dəyirmi masa keçirililib.
İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev tədbiri giriş sözü ilə açaraq Şuşanın İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı elan olunmasının ölkəmiz və tariximiz üçün vacibliyindən danışdı.Gənclər paytaxtı kimi bu qədim şəhər gənclərimiz üçün gözəl məkana çevriləcək.
Tədbirdə Qafqazşünaslıq İnstitutunun “Qafqaz ölkələrinin beynəlxalq əlaqələri” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Musayeva Günel “Şuşanın strateji əhəmiyyəti”, Şərqşünaslıq İnstitutunun “Din və ictimai fikir” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Mustafayev Elnur “Şuşanın maddi-mədəni irsinin tarixi prosesləri (epiqrafik abidələr əsasında), Tarix və Etnologiya İnstitutunun “Türk xalqları tarixi və etnologiyası” şöbəsinin əməkdaşı Şalbuzova Nəzirə “Şuşanın etnoqrafiyasına qısa baxış”, Arxeologiya və Antropologiya İnstitutunun “Dəmir dövrü arxeologiyası” şöbəsinin əməkdaşı Məmmədli Nərmin “Qarabağda aparılan arxeoloji tədqiqatlar”, Tarix və Etnologiya İnstitutunun “Atropatena və Albaniya (Qafqaz) tarixi” şöbəsinin əməkdaşı Əhmədova Jalə “Şuşada fəaliyyət göstərən muzeylər haqqında” adlı məruzələrlə çıxış ediblər.
Sonda Tarix və Etnologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Babazadə aktual mövzulara həsr olunmuş interdisiplinar tədqiqat və məruzələri əhatə edən tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.
_____________________________
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi