AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

AMEA-da Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş futbol çempionatının qalibləri mükafatlandırılıb

27.05.2024 11:40

Mayın 24-də AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən Akademiya əməkdaşlarının futbol çempionatının həlledici oyunları və mükafatlandırma mərasimi keçirilib.

Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya, Nizami Gəncəvi adına Ədəbiyyat, Hüquq və İnsan Haqları institutlarının birləşmiş komandası II yerdə gümüş medalın sahibi olublar

Akademiya Şəhərciyində yerləşən stadionda baş tutan oyunlardan sonra turnirin mükafatlandırma mərasimi olub. Mərasimdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, AHİ-nin sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, Həmkarlar Təşkilatlarının sədrləri, gənc alimləri və komandaların azarkeşləri iştirak ediblər.

Sonda xatirə şəkilləri çəkilib.

 

Paylaş: