29.05.2024 10:39
Konfransda tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Axundova “Multikultural cəmiyyətdə Azərbaycan ailə modeli Bakı humanitar forumlarının prizmasından” mövzusu ilə çıxış etmişəm. Məruzədə dünya siyasətində və beynəlxalq münasibətlərdə baş verən proseslər sübut edir ki, hər bir dövlətin dünya birliyində rolu və yeri təkcə ölkənin hərbi, iqtisadi, geosiyasi və diplomatik resursları ilə deyil, həm də intellektual, mənəvi-siyasi imkanları ilə müəyyən edilir. Azərbaycan ailə modeli prizmasından bir çox humanitar və mədəni proqramları, regional layihələrdən danışıldı. Bakı forumları dünyada baş verən mədəni dialoqlarda mühüm rol oynayır. Qlobal, humanitar forumlar keçirməklə biz ailənin milli əhəmiyyətini mədəniyyət vasitəsilə zənginləşdiririk ki, bu da ailədə və dövlətdə mütərəqqi, ümumbəşəri ideyaların və dəyərlərin inkişafında mühüm aspektdir.
Konfransda Tarix və Etnologiya İnstitutunda praktika keçən “Azərbaycan Universitetinin” Humanitar fakültəsinin Tarix bölməsinin 4-cü kurs tələbəsi Məmmədli Elçin “Azərbaycan tarixində qədim dövrdən bu günə kimi ailənin inkişaf mərhələləri” adlı məruzə ilə çıxış etmişdir. Azərbaycan tarixində ailə münasibətlərinin inkişafı ən qədim dövrləri əhatə edir, geniş və zəngin məzmun kəsb edir. Azərbaycan tarixində ailənin inkişafı zaman və mədəniyyətdən asılı olaraq dəyişikliklərə məruz qalmışdır. Azərbaycanda ən qədim zamanlardan bu günə qədər ailə institutu və onun inkişafı cəmiyyətin ən mühüm strukturlarından biri olmuşdur. Hər bir idarəetmə forması və dövr ailə institutuna fərqli təsir göstərmişdir. İslamın qəbulu ilə ailə quruluşu da buna uyğun olaraq dəyişdi. Sovet dövründə dövlət mədəniyyəti və ideologiyası ailə strukturlarında dəyişikliklərə səbəb oldu. Bundan əlavə, qeyd etmək lazımdır ki, Azərbaycan tarixində qadın və kişinin ailədəki rolları da dəyişib. Əslində, tarix boyu qadınlar bir ailə üzvü kimi qorunmuş, onların sosial və hüquqi statusu zamanla dəyişmişdir. Elçin Məmmədli 2-ci dərəcəli diplomla təltif edilmişdir. Onun elmi rəhbəri Nigar Axundova olmuşdur.
_____________________________
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi