29.05.2024 11:23
İlk öncə institutun elmi işlər üzrə direktor müavini t.e.d., dosent İlqar Niftəliyev çıxış edərək iclası açıq elan etmişdir.
Daha sonra İnstitutun Mülki Müdafiə qərargah rəisi Rasim Mövsümov və Fövqəladə Hallar Komissiyasının sədri ümumi işlər üzrə direktor müavinin Orxan Zeynalov çıxış etmiş, müxtəlif fövqəladə hallar zamanı ilkin davranış qaydaları, Fövqəladə Hallar Komissiyasının üzvlərinin və Mülki Müdafiə qüvvələrinin Manqa komandirləri və manqa üzvlərinin vəzifələri dəqiqləşdirilmişdir.
Sonda isə yanğın, zəlzələ kimi fövqəladə hallar zamanı davranış qaydalarına, odsöndürücü balonların növlərinə dair videolar nümayiş etdirilmişdir.
_____________________________
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi