AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“M.Ə. Rəsulzadə və Azərbaycanın istiqlal mübarizəsi”

03.06.2024 09:53

29 may 2024-cü il tarixində AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə “M.Ə. Rəsulzadə və Azərbaycanın istiqlal mübarizəsi” adlı respublika elmi konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev Şərqdə ilk dünyəvi dövlətin – Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Məhəmməd Əmin Rəsulzadənin xidmətlərindən danışaraq bu böyük şəxsiyyətin istiqlal mübarizəsi tarixində bugünkü və gələcək nəsillər üçün örnək olduğunu bildirib: “Rəsulzadənin istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əminin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə olsa belə o, müstəqil Azərbaycan arzusu ilə yaşayıb, mübarizə aparıb.

Tədbirdə qeyd olunub ki, M.Ə. Rəsulzadənin Azərbaycan tarixində mühüm rol oynamış siyasi, ictimai və ədəbi şəxsiyyətlərin zəngin irsinin, dərindən öyrənilməsi, gələcək nəsillərə ötürülməsi məqsədi ilə tarixçi alimlərimiz ciddi araşdırmalar apararaq bu istiqamətdə kitablar nəşr edilib.

Respublika elmi konfransında “Dünya tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru İradə Bağırova “M.Ə.Rəsulzadənin müraciət dövrü fəaliyyətinin bəzi məqamlarına dair”, “Azərbaycan Cümhuriyyəti tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov “M.Ə.Rəsulzadənin siyasi portretinin cizgiləri”, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov “M.Ə.Rəsulzadənin İstanbul konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti (iyun – oktyabr 1918-ci il)”, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı”, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə “M.Ə. Rəsulzadə Azərbaycan Cümhuriyyəti tarixinin başlıca məqamlarında: siyasi rol və sosial mahiyyət”, tarix üzrə fəlsəfə doktoru Şamil Rəhmanzadə “M.Ə. Rəsulzadənin siyasi diskursunun mədəni- maarifçilik aspektlərinə dair”, tarix elmləri doktoru Ramil Ağayev “Azərbaycanın etnik tarixi ilə bağlı məsələlər M.Ə.Rəsulzadənin əsərlərində”, Şimali Azərbaycanın XIX əsr – XX əsrin əvvəlləri şöbəsinin aparıcı elmi işçisi Zəfər Kərimov “M.Ə.Rəsulzadənin jurnalistik fəaliyyətində milli dövlətçilik məsələləri (1905-1917-ci illər)”,tarix üzrə fəlsəfə doktoru Nailə Hüseynova “AXC parlamentində M.Ə.Rəsulzadənin fəaliyyət istiqamətləri”, tarix üzrə fəlsəfə doktoru İradə Əliyeva “M.Ə.Rəsulzadə və Azərbaycan türkçülüyü”, tarix üzrə fəsəfə doktoru Sevinc Rəhimova “M.Ə.Rəsulzadə Azərbaycan milli istiqlal mübarizəsinin liderlərindən biri kimi”, Azərbaycan Cümhuriyyəti şöbəsinin elmi işçisi Lamiə Sultanova “Müsavat partiyası və aqrar məsələ (1917-1920- ci illər)”, tarix elmləri doktoru Vaqif Abışov “Aprel işğalı. (M.Ə.Rəsulzadənin əsərləri üzərində təhlil)”adlı məruzələrlə çıxış ediblər.

_____________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: