AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

13 iyun tarixində Azərbaycan Milli Elmlər Akademiyası A.A. Bakixanov adına Tarix və Etnologiya İnstitutu nəzdində fəaliyyət göstərən BED 1.30/ 1 saylı Birdəfəlik Dissertasiya şurasının iclası keçirilib

14.06.2024 12:46

Tarix və Etnologiya İnstitutunda Rəna Maqsud qızı Məmmədovanın “ 5509.01 – Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları” ixtisası üzrə tarix elmləri doktoru elmi dərəcəsi almaq üçün “Nadir şah Əfşarın hərbi-siyasi fəaliyyəti və onun islahatları ( farsdilli mənbələr əsasında)” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib.

Müdafiədə Dissertasiya şurasının üzvlərindən başqa opponentlər,rəyçilər və digər qonaqlar iştirak etmişdir. İddiaçı uğurla müdafiə etdi və təqdim etdiyi dissertasiya işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının verdiyi bütün tələblərə cavab verdiyi üçün Dissertasiya şurası tərəfindən yüksək qiymətləndirildi.

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: