AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

15 İyun - Azərbaycanda Milli Qurtuluş günüdür

14.06.2024 16:21

Tarix və Etnologiya İnstitutunda Ağalı kənd məktəbi ilə canlı bağlantı yaradılıb

14 iyun 2024-cü tarixində AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad edilib, daha sonra 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx izlənilib.

Tədbirdə İkinci Qarabağ müharibəsinin iştirakçıları, Bakı Biznes Universiteti tələbələri, üniversitetin “Vətən” klubunun üzvləri Məmmədov Murad və Quliyev İlkin, Bakı Biznes Universiteti və Azərbaycan Universitetinin tələbələri də iştirak edib. Vətən müharibəsi iştirakçıları Məmmədov Murad və Quliyev İlkin 44 günlük Vətən müharibəsi, döyüşlər barədə danışıblar.

İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, 15 iyun Milli Qurtuluş Günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış böyük siyasi və tarixi əhəmiyyətə malik gündür: “İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynamış, daim xalqına arxalanan və xalqa arxa duran bir insan - ümummili lider Heydər Əliyev olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaranmış hərc-mərcliyin qarşısının alınmasında ulu öndərin xıdmətləri böyükdür.

Xalqın tələbi və təkidi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev böyük çətinliklər hesabına ölkə daxılındə sabitliyə nail olub. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilib, bununla da, Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi yazılıb”.

“Azərbaycan Respublikasının tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Mais Əmrahov “Tarix yaradan şəxsiyyət” adlı məruzəsində bildirib ki, Azərbaycan xalqının xöşbəxtliyi və gələcəyi uğrunda mübarizə aparan görkəmli dövlət xadimi, tarixə qurucu və xilaskar kimi daxil olmuş Heydər Əliyev Azərbaycan xalqının taleyində, onun mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərən dahi bir şəxsiyyətdir: “Heydər Əliyev 1923-cü ildə anadan olub, 1939-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunda oxuyub, 1941-ci ildən Xalq Daxili İşlər Komissarlığında işə başlayıb, Naxçıvan Muxtar Respublikası Xalq Komissarları Sovetində şöbə müdiri işləyib, 1944-cü ci ildə Naxçıvan Vilayət Komitəsi tərəfindən dövlət təhlükəsizlik orqanlarına işə göndərilib.

1950-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında dövlət təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə işləyib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsində sədr müavini, 1967-ci ildən isə həmin komitənin sədri vəzifəsində müvəfəqiyyətlə çalışıb. Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan KP MK-nın birinci katibi və büro üzvü, 1982-ci ilin noyabrından 1989-cu ilə kimi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyib. 1971-ci ildən Sov. İKP MK üzvü, 1976-cı ildən Sov.İKP MK Siyasi Büro üzvlüyünə namizəd, 1982-ci ildən Sov. İKP MK Siyasi Büro üzvü olub. SSRİ Ali Sovetinin 7-11-ci çağırış deputatı olan Heydər Əliyev 1979 və 1983-cü illərdə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə öz zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə dərindən bələd olması sayəsində milli dövlətçilik siyasəti işləyib hazırlayıb və bütün çətinliklərə sinə gərərək onu dönmədən həyata keçirib. Bu gün qətiyyətlə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin siyasi varisi İlham Əliyev təkcə ata vəsiyyətini yerinə yetirməklə kifayətlənmədi, Ulu Öndərin inşa etdiyi Azərbaycan adlı dövlətini ən nüfuzlu dövlətlərdən birinə çevirdi, dövlətin ərazi bütövlüyünü təmin edən dünya liderlərindən biri oldu. Ulu Öndər Heydər Əliyevin bizə müstəqil Azərbaycan dövlətini əmanət edərək qoyub.

Umummilli liderin xatirəsini hörmətlə yad edərkən çıxışımı onun Azərbaycan xalqına ünvanladığı aşağıdakı sözlərlə bitirirəm: “Bizim hamımızın bir vətəni var - bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır.

Onun qəlbi daima dogma Azərbaycanla bir vurmalıdır. Təhsil ocaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır. Qəlbində Vətən sevgisi, xalqına məhəbbət olan hər bir azərbaycanlıya Müstəqil Azərbaycan naminə yaşamağı və yaratmağı arzu edirəm.

Yaşasın müstəqil Azərbaycan dövləti!”

Tədbirdə iştirak edən Bakı şəhər 225 № li məktəbinin şagirdi Aylin Rüstəmli “Öz xalqının oğlu” adlı şeri səsləndirib.

“Azərbaycan Respublikasının tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Alı Balayev “Qurtuluşdan intibaha (2003-2023-cü illər)”, Azərbaycan Universitetinin IV kurs tələbəsi Elçin Məmmədli “Heydər Əliyev və Azərbaycan gəncliyi”, Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasnın dosenti, sosiologiya üzrə fəlsəfə doktoru Yaqut Əliyeva və doktorant Zaur Mikayılov “Qarabağda “ağıllı şəhər” və “ağıllı kənd” layihələrin həyata keçirilməsinin üstünlükləri” adlı məruzələrlə çıxış ediblər.

Tədbirdə Zəngilan rayonunun Ağalı kənd məktəbi haqqında videoçarx izlənilib. Sonra Ağalı kənd məktəbində məzun günü münasibəti ilə keçirilən toplantı ilə canlı bağlantı yaradılıb. Məktəbin şagirdləri Fatimə, Xədicə, Nuray şerlər səsləndiriblər. Tədbir iştirakçıları canlı bağlantıda Ağalı kənd məktəbi ilə tanış olublar.

Yekununda tarix üzrə fəlsəfə doktoru Nigar Axundova və tələbələr öz təəssüratların bölüşüblər. Sonda tədbir iştirakçılarına təşəkkürnamələr verilib və xatirə fotoşəkilləri çəkilib.

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

 

 

Paylaş: