20.06.2024 09:35
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Hüseynova, Qaradağ RİH başçısı yanında Şuranın üzvləri, aparatın şöbə müdirləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoyub. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə bir-birinin ardınca reallaşdırılan genişmiqyaslı layihələr dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaradıb. Bu gün ölkəmizin regionun lider dövlətinə çevrilməsinin əsası ümummilli lider Heydər Əliyevin yaratdığı siyasətin təzahürüdür.