AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Heydər Əliyevin rolu

24.06.2024 16:30

21 İyun tarixində Tarix və Etnologiya İnstitutunda “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Heydər Əliyevin rolu” adlı dəyirmi masa keçirilib.

İclası açan institutun elmi işlər üzrə direktor müavini,tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə ətraf mühitin, təbiətin mühafizəsi sahəsində də əsaslı dönüş yaranıb, məqsədyönlü ekoloji siyasət həyata keçirilib. Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ümummilli lider Heydər Əliyevin geniş və çoxşaxəli fəaliyyətində ölkədə ekoloji mühitin sağlamlaşdırılması və mühafizəsinin yaxşılaşdırılması prioritet istiqamətlərindən birini təşkil edib.

Tarix elmləri doktoru ,dosent Ədalət Qasımov “Heydər Əliyevin Azərbaycanda ekoloji vəziyyətin daha da yaxşılaşdırılması sahəsində xidmətləri” adlı məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycan xalqının və dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan Ümummilli lider Heydər Əliyevin geniş və çoxşaxəli fəaliyyətində ölkədə ekoloji mühitin sağlamlaşdırılması və mühafizəsinin yaxşılaşdırılması prioritet istiqamətlərindən birini təşkil etmişdir.

Qeyd etmək lazımdır ki, Heydər Əliyevə qədər respublikada ekoloji problemlərin həllinə kiafəyət qədər diqqət yetirilməmiş, həyata keçirilən tədbirlər sistemli xarakter almamışdır.

1969-cu ildə Azərbaycan SSR-də siyasi rəhbər seçiləndən sonra respublikada ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməyə başlandı. Sovet totalitar sisteminin yaratdığı məhdud imkanlardan məharətlə istifadə edən Ulu öndər ölkədə ekoloji tarazlığın təmin edilməsinə zəmin yaradacaq mühüm qərarların qəbul edilməsinə nail oldu.

2003-cü ildə Heydər Əliyev tərəfindən “Ekoloji cəhətdən davamlı sosial-iqtisadi inkişafa dair” Milli Proqram təsdiq edildi. Bu strateji Proqram əsasında ətraf mühitin müxtəlif sahələri üzrə 4 milli və dövlət proqramları, kompleks tədbirlər planı təsdiq edilərək, həyata keçirilməyə başlanıldı.

Ümumiyyətlə, 2001-ci ilin may ayından 2003-cü ilin iyul ayınadək Prezident Heydər Əliyev tərəfindən ekomühitin ən müxtəlif məsələləri ilə bağlı 27 fərman və sərəncam imzalanmışdır.

Ölkədə ətraf mühitlə bağlı hüquqi bazanın beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirildi. İctimaiyyətin ekoloji biliklərinin və ətraf mühit haqqında məlumatlılığın artırılmasına, ovçuluq və ovçuluq təsərrüfatlarının fəaliyyətinin müasir tələblərə uyğun təşkili və tənzimlənməsinə dair, habelə dövlət və özəl əmlak mənafelərinin qorunmasına təminat verən qanunlar qəbul edilmiş, 50-dən artıq digər normativ-hüquqi sənədlər hazırlanmış və hökumət qərarları ilə təsdiq edilmişdir.

Həmin illərdə Ümummilli Lider Heydər Əliyevin ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması, ağacların əkilməsi, xüsusən də Bakıda və Abşeron yarımadasında yaşıllıq zolaqların genişləndirilməsi üçün verdiyi tapşırıqlar, su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, ölkənin su təchizatı, inkişafı və dirçəlişi istiqamətində mühüm işlər görüldü.

Beləliklə, Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış, düşünülmüş ekoloji siyasətin uğurla həyata keçirilməsi, respublikada ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji tarazlığın təmin edilməsinə imkan vermişdir.

Daha sonra tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynova “İlham Əliyevin ekoloji tarazlığın qorunması istiqamətində fəaliyyəti”, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlı “İşğaldan azad olunmuş ərazilərdə ekoloji problemlər”, elmi işçi Məmmədova Cəmilə “Bakı şəhəri və Abşeron yarımadasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında Heydər Əliyevin fəaliyyəti (1969-1982)”, elmi işçi Vüsalə Əlləzova “Azərbaycanın yaşıl enerji siyasəti”, kiçik elmi işçi Yüzdanə Cabbarlı “COP29 və Azərbaycan” adlı məruzələrlə Ulu Öndərin uzaqgörən siyasəti, o cümlədən, ekologiya sahəsində verdiyi tövsiyələrdən danışıblar.

__________________________________________

İctimaiyyətlə əlaqələr şöbəsi,

info.tarixinstitutu@gmail.com

+994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

 

Paylaş: