22.07.2024 15:08
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Tarixi etnologiya şöbəsinin müdiri, tarix elmləri doktoru, dos. İlhamə Məmmədova, aparıcı elmi, işçi tarix üzrə fəlsəfə doktoru, dos. Tahir Şahbazov, aparıcı elmi işçi tarix üzrə fəlsəfə doktoru Təranə Quluzadə və böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Nigar Coşkunsu 08-17 iyul 2024-cü il tarixlərində Ordubad rayonunda növbəti elmi-etnoqrafik ezamiyyətdə olublar.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21 fevral 2024-cü il tarixində “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb. Etnoloqlar da bölgənin tarixi-etnoloji irsinin araşdırılması üçün Ordubad şəhəri və kəndlərində (Düylün, Üstüpü, Unus, Biləv, Parağa, Bist, Əndəmic, Tivi və s.) informatorlarla söhbətlər aparıb, etnoqrafik sorğular keçirib, maddi-mədəniyyət abidələrinin xalq məişətindəki rolunu tədqiqata cəlb ediblər.
Tədqiqat zamanı etnik identiklik, xalqın tarixi yaddaşı, ailə məişəti, maddi və mənəvi mədəniyyəti, dünyagörüşü, adət-ənənələri, əhalinin yaşayış tərzi və etnologiya elminin öyrəndiyi digər məsələlər ənənə və müasirlik kontekstindən çöl-etnoqrafik materialları əsasında araşdırılıb. Etnoqrafik səfərin nəticələri “Ordubad: ənənə və müasirlik (tarixi-etnoloji tədqiqat)” adlı əsərdə əksini tapacaqdır.
__________________________________________
İctimaiyyətlə əlaqələr şöbəsi,
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi