AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

AMEA Tarix və Etnologiya İnstitutunda Beynəlxalq elmi sessiya keçiriləcəkdir

22.07.2024 15:10

Əsas elmi istiqamətlər:

-Azərbaycanın orta əsrlər tarixinin mənbələri və tarixşünaslığı.

-Orta əsrlərdə Azərbaycanın siyasi və sosial-iqtisadi tarixinin əsas məsələləri.

-Azərbaycan mədəniyyəti orta əsrlərdə.

-Orta əsrlərdə Azərbaycanın beynəlxalq əlaqələri.

 

Elmi sessiyanın təşkili haqqında:

Elmi sessiyanın dili:  Azərbaycan, ingilis və rus

Keçirilmə formatı: Sessiyanın həm canlı, həm də distant olaraq keçirilməsi nəzərdə tutulur. (Qeyd: Xarici iştirakçıların yalnız distant formatda çıxış etməsi nəzərdə tutulur.)

 

Tezislər üçün tələblər:

Konfransda iştirak üçün məruzələrin tezisləri (300-500 söz, şrift – Times New Roman, ölçü – 12, interval – 1,0) təqdim olunmalıdır.

Tezislər çap olunacaqdır. Təqdim olunan mövzular əvvəllər heç bir yerdə dərc edilməmiş olmalıdır. Təşkilat Komitəsi uyğun materialların seçilməsi hüququnu özündə saxlayır.

 

İştirakçılar üçün tələblər:

Məruzəçinin adı, soyadı, atasının adı, işlədiyi müəssisənin adı və vəzifəsi, elmi dərəcə və elmi adı, elektron poçt ünvanı, əlaqə nömrəsi tezisin yuxarı hissəsində qeyd olunmalı, həmçinin ORCİD kodu göstərilməlidir.

 

Önəmli tarixlər: 

Tezislərin təqdim edilməsi üçün son tarix: 28 avqust 2024-cü il

Qəbul edilmiş tezislər haqqında müəlliflərə məlumat verilməsi: 2 sentyabr 2024

Elmi sessiyanın keçirilmə tarixi: 10 sentyabr 2024

 

 

 Təşkilat komitəsi:

 AMEA Tarix və Etnologiya İnstitutu

 Tel.: +994503930461

E-mail: shahlarsharifov@gmail.com

Əlavə məlumat üçün: www.tarixinstitutu.az

Paylaş: