AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunun əməkdaşının məqaləsi xarici jurnalda çap olunub

22.08.2024 09:03

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Azərbaycanın VII-XIV əsrlər tarixi" şöbəsinin aparıcı elmi işçisi, dosent Şahlar Şərifovun Türkiyədə Akademik Tarih ve Düşünce Dergisində (Academic Journa lof History and Idea ISSN: 2148-2292 11 (4) 2024) “Azərbaycanın Beyləqan şəhərinin erkən orta əsrlər tarixi ərəbdilli mənbələrdə” mövzusunda elmi məqaləsi çap olunmuşdur.

Məqalədə Azərbaycanın qədim şəhərlərindən olan Beyləqanın Erkən orta əsrlər tarixi ərəbdilli mənbələr əsasında geniş şəkildə işıqlandırılmışdır. Müəllif ərəbdilli mənbələr əsasında tarixi və coğrafi mövqeyinə, iqtisadi və siyasi əhəmiyyətinə görə Beyləqan şəhərinin orta əsrlərdə Azərbaycanla yanaşı, Yaxın və Orta Şərqin də ən məşhur şəhərlərindən biri olduğunu qeyd etmişdir. Ərəbdilli müəlliflərdən əl-Bəlazuri, əl-İstəxri, əl-Yəqubi, ət-Təbəri, Əsəm əl-Kufi, İbn əl-Fəqih, İbn Xordadbeh, İbn Havqəl, əl-Müqəddəsi və başqaları Beyləqan haqqında ətraflı məlumat verirlər. Ərəbdilli müəlliflərin verdikləri məlumatlardan aydın olur ki, şəhərdə bir çox məşhur alimlər yaşamışdır. Onlardan Mucir əl-Beyləqanini, Əbu Əhməd Zəki əl-Beyləqanini, Şəmsəddin Əbu Tahir Zəki əl-Beyləqanini, Müəyyinəddin Əbu Əli Əyyub əl-Beyləqanini, Əbul-Fərəc Məsud ibn Əhməd əl-Beyləqanini, Əbu Cəfər Məhəmməd ibn Həsən əl-Beyləqanini, Əbdülməlik ibn Əhməd əl-Beyləqanini, Əbul-Fəzl Hibətullah əl-Beyləqanini qeyd etmək olar. Ərəbdilli mənbələrdə Beyləqan böyük, məhsuldar, hasarlarla əhatələnmiş, strateji baxımdan əhəmiyyətli bir şəhər kini qeyd olunur.
 

______________________________
İctimaiyyətlə əlaqələr şöbəsi

???? info.tarixinstitutu@gmail.com
☎️ +994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridi

Paylaş: