09.09.2024 11:59
AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun "Müasir dövr etnologiyası" şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d. Könül Əsədli 16-17 avqust 2024-cü il tarixində Bakı Avrasiya Universitetinin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu ilə birgə təşkil etdiyi "Bəxtiyar Vahabzadə 6-cı beynəlxalq Türk dünyası tarixi, mədəniyyəti və ədəbiyyatı" adlı konfransda "Azərbaycanın Şirvan bölgəsi və onun mədəni irsi haqqında. XIX-XX əsrin əvvəlləri" mövzusunda çıxış etmişdir.
Məruzədə Azərbaycanın mühüm tarix-etnoqrafik bölgələrindən biri olan Şirvan bölgəsinin tarixi- mədəni abidələri, adət-ənənələri, mənəvi mədəniyyəti və digər məsələlər öz əksini tapmışdır.
______________________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir