11.09.2024 09:41
Konfransı açan institutun direktoru, t.e.d., prof. Kərim Şükürov bildirib ki, görkəmli tarixçi alim, AMEA-nın həqiqi üzvü, Tarix və Etnologiya İnstitutunun “Azərbaycanın VII-XIV əsrlər tarixi şöbəsi”nin müdiri, akademik Nərgiz Axundovanın 65 yaşı tamam olur və bu yubiley münasibətilə beynəlxalq elmi konfrans keçirilir. Prof. K. Şükürov vurğulayıb ki, Azərbaycan tarix elminin inkişafında xüsusi yeri olan akademik Nərgiz Axundova elmi-təhsil fəaliyyəti ilə yanaşı, ixtisaslı kadrların yetişdirilməsinə xüsusi diqqət yetirib, eləcə də bir sıra beynəlxalq konfrans və simpoziumlarda Azərbaycanın tarix elmini layiqincə təmsil edib.
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva deyib ki, N.Axundovanın elmi yaradıcılığında türklərin müsəlman sivilizasiyasının inkişafında rolunun tədqiqi mühüm yer tutur, onun “Ərəb xilafətinin dövlət idarəçilik sistemində türklər”, “Qafqaz və böyük türk imperiyaları”, “Ərəb ölkələri çağdaş tarixi” və s. əsərləri məşhurdur. AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi Gövhər Baxşəliyeva Nərgiz xanımın elmi yaradıcılığı ilə yanaşı, təhsil fəaliyyəti haqqında məlumat verib.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı N.Axundovanın elmi-təhsil fəaliyyətinin çoxşaxəli olduğunu, elmi tədqiqat əsərləri ilə yanaşı, bir sıra dərsliklərin müəllifi olduğunu, gənc elmi kadrların hazırlanmasına böyük əhəmiyyət verdiyini, öz fəaliyyəti ilə gənclərə örnək olduğunu söyləyib.
Tədbirdə İnstitutun əməkdaşları çıxış edərək Nərgiz Axundovanın bir tarixçi, pedaqoq kimi rolunu yüksək qiymətləndiriblər, onun ciddiyyəti, tələbkarlığı ilə yanaşı, səmimiliyi, dürüstlüyü ilə hamının rəğbətini qazandığını vurğulayıblar.
Sonda Nərgiz Axundova hər kəsə təşəkkür etdi və xatirə şəkli çəkdirdirildi.
Beynəlxalq konfrans elmi bölmələrdə, birbaşa və onlayn şəklində davam edib.
T.ü.f.d., dosent Sevda Abdullayeva “Gəncə: Səlcuqlar dövrü mədəniyyəti tarixinə bir nəzər”, dos. dr. Ahmet Toksoy “Azerbaycan genel valisi Yakuti Bey ve faaliyetleri”, t.ü.f.d Aida İsmayılova “Arxeoloji materiallar orta əsrlər tarixinin öyrənilməsində maddi mənbə kimi”, doktorant Arzu Bəbirova “İbn əl-Əsirin “əl-Kamil fit-tarix” əsərində Şəddadilər ilə bağlı məlumatların təhlili”, doktorant Vüsalə Beydullazadə “Orta əsr Şəmkir şəhərinin şirli kirəmitlərinə dair”, t.ü.f.d., dos. Lalə Əliyeva “Orta əsrlər Azərbaycanda gender və din müsəlman mətn mənbələri əsasında”, t.e.d., dos. Fərda Əsədov “Хазарская правительница парсбит в сообщении Гевонда о походе Хазар в Азербайджан”, doktorant Elməddin Quliyev “Akademik Ziya Bünyadov elmi yaradıcılığında orta əsr Azərbaycan şəhərlərinin tədqiqi”, t.ü.f.d., dos. Nazilə Soltanova “Идеи точных наук в трудах ученых (астрономов, философов, поэтов) средневекового Азербайджана (X-XIV вв)”, i.ü.f.d., dos. Şahlar Şərifov “Ərəb-Sasani müharibələrində Azərbaycan əhalisinin iştirakı”, t.ü.f.d. Aytac Şirəliyeva “Azərbaycanın orta əsrlərdə siyasi, iqtisadi, hərbi və dini vəziyyətinə dair mənbələr”, t.ü.f.d Mübariz Ağalarlı “XVI əsrdə Azərbaycan Səfəvi dövləti ilə Şeybani dövləti arasında rəsmi yazışmalar və məktubların dili”, İsrail Əmirli “Xalq adları ilə adlandırılan dövlətlər”, doktorant Qərənfil Əsədova “Orta əsrlərdə Azərbaycan-Avropa iqtisadi əlaqələrinə dair”, elmi işçi Günel İsmayilova “Qaraqoyunlu Qara Yusifin siyasi fəaliyyəti ərəbdilli qaynaqlarda”, t.ü.f.d., dos. Şahismayıl İsmayılov “XVI-XVII əsrlərdə Azərbaycanda mədəniyyət, maarif və dilin inkişafı”, t.ü.f.d Sevinc Məlikzadə “Şah Səfinin dövründə dini dözümlülük”, elmi işçi Nazilə Məmmədova “Ağqoyunlu-Osmanli münasibətlərində Qaramanoğullari məsələsi”, t.e.d., dos. Tofiq Nəcəfli “I Şah Abbas Səfəvinin siyasi portreti”, t.ü.f.d., dos. Afaq Piriyeva “X-XV əsrlərdə Azərbaycan memarlığı”, doktorant Nəriman Şirəliyev “Azərbaycan Ağqoyunlu ordusunun xassə qüvvələri”, doktorant Ülvi Zərbəliyev “Qaraqoyunlu ordusunun döyüş bölmələri”, doktorant Alıyeva Səbinə Səbuhi qızı “Nadir Şah Əfşar imperiyasının ictimai-siyasi tarixi Türkiyə tarixşünaslığında”, Van Yüzüncü Yıl Üniversitesindən, t.ü.f.d., dos. Cavid Qasımov “Ruşeni Bey’in istihbarat raporu işiğinda bolşevik ihtilâli sonrasi Güney Kafkasya’da siyasi ve askeri durum”, Van Yüzüncü Yıl Üniversitesi Sosyal Bilimler Enstitüsündan Tufan Altunöz, Van Yüzüncü Yıl Üniversitesi Sosyal Bilimler Enstitüsündan Murat Yüzyılbaş “Şeyh Şamil’in sir kâtibi Muhammed Tahir el-Karakhi’ye göre Ahulgoh muharebesi”, t.ü.f.d., dos. Rəşad Mustafa “P.K.Juzenin nəşr edilməyən tədqiqatları haqqında”, f.ü.f.d., dos. Radif Mustafayev “XX əsr Azərbaycan əsilli Türkiyə tədqiqatçısı Əbdülbaqi Gölpınarlı irsinin orta əsrlər Azərbaycan fəlsəfi fikir tarixinin öyrənilməsində metodoloji rolu”, doktorant Aysel Sadiqova “Qarabağın xristian məliklərinin tarixinin öyrənilməsində icmal dəftərlərinin əhəmiyyəti” mövzusunda çıxışlar etdilər.
______________________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir