AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

“Əsrin müqaviləsi– 30”

20.09.2024 15:44

20 sentyabr 2024-cü il tarixində AMEA A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Əsrin müqaviləsi– 30” adlı Beynəlxalq elmi konfrans keçirilib. Konfransda Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş igid oğullarımızın əziz xatirəsi yad olunub, dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru İlqar Niftəliyev bu gün Azərbaycanda ilk dəfə olaraq Dövlət Suverenliyi Gününün qeyd olunduğunu bildirdi, təbriklərini çatdırdı.

İ.Niftəliyev dedi ki, 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış, bir sıra neft kontraktlarını əhatə edən müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanmışdır: “Azərbaycanın yeni tarixinin şanlı səhifələrindən biri hesab olunan bu müqavilə ümummilli lider Heydər Əliyevin iradəsi və möhkəm dövlətçilik əzminin, qətiyyətli və ardıcıl siyasətinin nəticəsi olaraq reallaşmışdır”.

Tədbir çərçivəsində “Əsrin müqaviləsi”nə həsr edilmiş vedeoçarx nümayiş olunub. Beynəlxalq konfrans elmi bölmələrdə, birbaşa və onlayn şəklində davam edib.

Polşanın Hərbi Texnologiya Universitetinin professoru Pavel Stavaj “Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi üçün əsas ölkələrdən biri kimi”, Özbəkistan Gülüstan Universitetinin professoru Dövlətbəy Kudratov “Özbəkistan və Azərbaycan arasında neft, nəqliyyat-lojistika və enerji sektorlarında qarşılıqlı əlaqələr”, Norveç Elm və Texnologiya Universitetinin professoru Ələkbər Məmmədov “Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu”, t.ü.f.d., dosent Aypara Rüstəmova “Xəzər nefti Rusiya tarixşünaslığında” , t.ü.f.d., dosent Mahir İbrahimov “Xəzər dənizində beynəlxalq tərəfdaşlıq mənbələri məsələsinə dair”, t.ü.f.d., dosent Cəbi Bəhramov “Heydər Əliyevin milli neft strategiyası və Xəzər nefti böyük dövlətlərin maraq dairəsində”, t.ü.f.d Leyla Hüseynova “Heydər Əliyev və Xəzər dənizinin statusu məsələsi”, t.ü.f.d., dosent Aqil Əhmədov ““Əsrin müqaviləsi”ndən ötən dövr ərzində Azərbaycan Respublikasının miqrasiya proseslərinin müsbət inkişaf dinamikası”, Lətifə Əsgərova-Surxalizadə “Azərbaycan Respublikasının yanacaq - energetika, nəqliyyat- kommunikasiya və enerji dəhlizləri siyasəti”, s.e.ü.f.d. Pərvanə Mustafazadə “Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün normativ hüquqi baza”, AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutundan, t.ü.f.d. Namiq Məmmədov “Türkiyənin “Əsrin müqaviləsi”ndə iştirakı”, İqtisad Universitetindən, t.ü.f.d. Solmaz Gözəlova “Azərbaycanın transmilli dünya ilə enerji tərəfdaşlığı münasibətlərinin yaradılması”, t.ü.f.d., dosent Alı Balayev “Azad bazar iqtisadiyyatına keçid. Azərbaycanda iqtisadi inkişafın yeni mərhələsi”, t.ü.f.d., dosent Tamilla Kərimova-Kocayeva “Azərbaycanda neft-qaz geologiyası və geotexnologiyasında nailiyyətlər”, t.ü.f.d., dosent Nigar Axundova “Əsrin müqaviləsi və Azərbaycan Respublikasının mədəni həyatı”, t.ü.f.d. Gülnaz Mahmudova “Əsrin müqaviləsi və ali təhsilin inkişafında yeni mərhələ”, Varşava Etnologiya və Mədəni Antropologiya İnstitutunun nümayəndəsi Aneta Stremjalska “Əsrin müqaviləsi və Azərbaycanda musiqi mədəniyyətinin inkişafı adlı məruzələrlə çıxış ediblər.

Çıxışçılar “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin 13 ən məşhur neft şirkətinin iştirak etdiyini, Azərbaycan sosial-iqtisadi, eləcə də siyasi inkişafı üçün əhəmiyyətindən danışdılar. Müqavilənin imzalanması ilə Azərbaycanın “Yeni neft strategiyası”nın uğurla həyata keçirildiyini, bu sahədə əməkdaşlığın xarici tərəfdaşların Azərbaycan iqtisadiyyatına inamını göstərdiyini vurğuladılar.

______________________________

İctimaiyyətlə əlaqələr şöbəsi

???? info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: