25.09.2024 15:35
25 sentyabr 2024-cü il tarixində AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda tarix elmləri doktoru, professor, “Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, mərhum Şahin Fərzəliyevin (Şahin Fazil) xatirə gecəsi keçirilib. 25 oktyabr “İnstitut günü” çərçivəsində təşkil olunan tədbirdə AMEA əməkdaşları, ailə üzvləri iştirak edib.
Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru Kərim Şükürov bildirib ki, Şahin Fərzəliyev ömrünün 60 ildən çoxunu Azərbaycan elminə həsr edib, böyük uğurlar qazanıb. İnstitut direktoru vurğulayıb ki, görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim üçün həyat dərsi, kamillik və müdriklik məktəbidir.
Tədbirdə Şahin Fərzəliyevin həyatından bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra akademik Yaqub Mahmudov, tarix elmləri doktorları Vaqif Abışov, Eynulla Mədətli, Tofiq Nəcəfli, Əsədulla Cəfərov, İradə Bağırova, Ramil Ağayev, tarix üzrə fəlsəfə doktorları Cəbi Bəhramov, Mübariz Ağalarlı, Fərəh Hüseyn Şahin Fərzəliyev haqqında xoş xatirələrini bölüşüb, onun həyat yolu, elmi fəaliyyəti, yüksək insani keyfiyyətlərindən danışıblar.
Tədbirdə tarix elmləri doktoru, professor Şahin Fərzəliyevin fars dilindən öz dilimizə tərcümə etdiyi, orta əsr mənbələri arasında xüsusi yeri olan iki cildlik Həsən bəy Rumlunun “Tarixlərin ən yaxşısı” (“Əhsənüt-təvarix”) kitabının təqdimatı keçirilib. Qeyd olunub ki, XVI əsr Azərbaycan tarixçisi Həsən bəy Rumlunun “Tarixlərin ən yaxşısı” əsərinin dilimizə çevrilməsi tarixşünaslığımızın böyük uğurudur, mərhum professor Şahin Fazil bu əsəri xalqımıza təqdim etməklə orta əsrşünaslığımızın tarixinə mühüm töhfə verib.
Bu dünyadan Şahin Fazil keçdi...
Mərhum professorun tərcümə etdiyi iki cildlik Həsən bəy Rumlunun “Tarixlərin ən yaxşısı” (“Əhsənüt-təvarix”) kitabları oxuculara təqdim olunub
25 sentyabr 2024-cü il tarixində AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda tarix elmləri doktoru, professor, “Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq” şöbəsinin müdiri, mərhum Şahin Fərzəliyevin (Şahin Fazil) xatirə gecəsi keçirilib. 25 oktyabr “İnstitut günü” çərçivəsində təşkil olunan tədbirdə AMEA əməkdaşları, ailə üzvləri iştirak edib.
Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru Kərim Şükürov bildirib ki, Şahin Fərzəliyev ömrünün 60 ildən çoxunu Azərbaycan elminə həsr edib, böyük uğurlar qazanıb. İnstitut direktoru vurğulayıb ki, görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim üçün həyat dərsi, kamillik və müdriklik məktəbidir.
Tədbirdə Şahin Fərzəliyevin həyatından bəhs edən videoçarx nümayiş olunub.
Daha sonra akademik Yaqub Mahmudov, tarix elmləri doktorları Vaqif Abışov, Eynulla Mədətli, Tofiq Nəcəfli, Əsədulla Cəfərov, İradə Bağırova, Ramil Ağayev, tarix üzrə fəlsəfə doktorları Cəbi Bəhramov, Mübariz Ağalarlı, Fərəh Hüseyn Şahin Fərzəliyev haqqında xoş xatirələrini bölüşüb, onun həyat yolu, elmi fəaliyyəti, yüksək insani keyfiyyətlərindən danışıblar.
Tədbirdə tarix elmləri doktoru, professor Şahin Fərzəliyevin fars dilindən öz dilimizə tərcümə etdiyi, orta əsr mənbələri arasında xüsusi yeri olan iki cildlik Həsən bəy Rumlunun “Tarixlərin ən yaxşısı” (“Əhsənüt-təvarix”) kitabının təqdimatı keçirilib. Qeyd olunub ki, XVI əsr Azərbaycan tarixçisi Həsən bəy Rumlunun “Tarixlərin ən yaxşısı” əsərinin dilimizə çevrilməsi tarixşünaslığımızın böyük uğurudur, mərhum professor Şahin Fazil bu əsəri xalqımıza təqdim etməklə orta əsrşünaslığımızın tarixinə mühüm töhfə verib.
______________________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir