26.09.2024 10:05
Etnoloji səfər zamanı qədim və zəngin tarixə malik Gəncənin müqəddəs məkanları, ziyarətgahları ilə tanış olmuş, şəhərdə fəaliyyət göstərən dini icmaların nümayəndələri ilə görüşüb maraqlı məlumatlar toplayıblar. Tədqiqatçılar 44 günlük Vətən müharibəsində Gəncənin zərər çəkmiş məhəllələrində olublar, sakinlərlə görüşmüş, həmçinin şəhərdə məskunlaşmış Qərbi azərbaycanlıların maddi və mənəvi mədəniyyəti ilə bağlı sorğu keçirmişlər.
Etnoloq alimlər Nizami Gəncəvi Məqbərəsini ziyarət zamanı məşhur fotoqraf Reza Deqati və tarixçi, professor Bettani Hyuzla həmsöhbət olublar.
______________________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir