08.10.2024 09:48
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Polşanın Jeşuv Universitetində keçirilmiş beynəlxalq elmi konfransda iştirak ediblər
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşları Polşanın Jeşuv Universitetində 5 oktyabr 2024- cü il tarixində onlayn formatda keçirilmiş “Dəyişən dünyada Qafqaz: tarix, siyasət, iqtisadiyyat, cəmiyyət, mədəniyyət” adlı 13-cü beynəlxalq elmi konfransda iştirak ediblər.
Konfransda institutun “Azərbaycanın sovet dövrü tarixi” şöbəsinin müdiri, t.e.d., professor İkram Ağasiyev “XIX əsrin birinci yarısında Çar Rusiyası və Avropa xristian missionerlərinin Qafqazda xristianlaşdırma siyasətinin həyata keçirilməsində əməkdaşlığı”, aparıcı elmi işçi, t.ü.f.d., dosent Nigar Axundova “Polşa-Azərbaycan mədəni əlaqələrinin türk dünyasında yeri və rolu (XX – XXI əsrlər)”, aparıcı elmi işçi t.ü.f.d., dosent Nərgiz Axundova “Polşa-Azərbaycan münasibətləri XX və XXI əsrlərin qovşağında”, aparıcı elmi işçi, t.ü.f.d., dosent Lamiyə Qafarzadə “Qafqazda Osmanlı-Səfəvi qarşıdurması və İngiltərə (XVI əsr)” adlı məruzələrlə çıxış etmişlər.
Konfrans çərçivəsində müxtəlif debatlar və müzakirələr keçirilib. Azərbaycan alimlərinin çıxışları rəqbətlə və maraqla qarşılanıb.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir