16.10.2024 09:26
Oktyabr ayının 12-də AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun kollektivinin Quba-Qusar rayonlarına gəzintisi təşkil edilib.
İnstitutun Həmkarlar təşkilatının təşkilatçılığı ilə baş tutan gəzinti zamanı institut əməkdaşları Quba rayonundakı Soyqırım Memorial Kompleksini ziyarət edib, hər iki rayonun gəzməli-görməli yerlərinə, o cümlədən Qusar rayonundakı “Şahdağ” Turizm Mərkəzinə baş çəkiblər. “25 oktyabr-İnstitut günü” çərçivəsində həyata keçirilən gəzinti gözəl əhval-ruhiyyə yaradıb, əməkdaşların istirahət və asudə vaxtının təşkili baxımından səmərəli olub, xoş xatirələrlə yaddaşlarda qalıb.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir