AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Azərbaycanda sosiomədəni transformasiyalar və maarifçilik

16.10.2024 09:28

Bu günlərdə Rusiyanın «Вопросы истории» jurnalında (№7, 2024-cü il, s. 98-101) tarix üzrə fəlsəfə doktoru, dosent Elmira Rəhim qızı Vahabovanın AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Fazil oğlu Rəhmanzadənin «Размышляя об истоках Азербайджанского Модерна: социокультурные трансформации и просветительство в Азербайджане (XIX- начало XX века)» (“Azərbaycan Moderninin qaynaqları haqqında düşünərkən: Azərbaycanda sosiomədəni transformasiyalar və maarifçilik (XIX-XX əsrin əvvəlləri)”) adlı monoqrafiyasına resenziyası nəşr olunub.

“Azərbaycan Moderni XIX-XX əsrin əvvəllərində sosial-mədəni transformasiya fenomeni kimi” («Азербайджанский Модерн как феномен социокультурной трансформации в XIX - начало XX в.») adlanan resenziyada qeyd olunur ki, Ş.F.Rəhmanzadə “Azərbaycan Moderni” fenomenini tutarlı arqumentlərə istinadla araşdıraraq, öz monoqrafiyasında birinci dalğa Azərbaycan maarifçilərinin sosial-mədəni fəaliyyəti əsasında maarif və maarifçilik arasındakı fərqləri ardıcıl olaraq müəyyən edib.

Ş.Rəhmanzadə öz monoqrafiyasında Şimali Azərbaycanın daxil olduğu Rusiya imperiyasında, dolayı şəkildə isə Avropa və ABŞ-da baş verən modernləşmə prosesləri kontekstində sosiomədəni transformasiyanın xüsusiyyətləri təhlil edilib.

Monoqrafiyada maariflənmənin milli ideyaya çevrilməsinə dair müddəa bütün monoqrafiyanın ana xəttini təşkil edir; bu zaman belə bir elmi qənaət vurğulanır ki, ilk azərbaycanlı maarifçilər maariflə bağlı qayə və amalların ötürücüləri idilər. Məhz azərbaycanlı maarifçilərin fəaliyyəti nəticəsində Azərbaycan təhsil sistemində fundamental xarakterli dəyişikliklər baş verib, mədəni transformasiyanın özü isə ictimai həyatın bütün sahələrini əhatə edib.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

???? info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

Paylaş: