AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

Tarix və Etnologiya İnstitutunun əməkdaşı “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqresdə iştirak edib.

03.12.2024 11:05

02-03 dekabr 2024-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), AMEA, Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun birgə təşkilatçılığı ilə “Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqres keçirilib. Kongresə AMEA-nın Tarix və Etnologiya İnstitutunun “Azərbaycan Cümhuriyyəti tarixi” şöbəsinin aparıcı elmi işçisi, dosent Mübariz Ağalarlı da iştirak edib. Kongresin ilk günündə “Əhməd bəy Ağaoğlunun dünyagörüşündə dövlət və din” mövzusunda elmi məruzə ilə çıxış edən Mübariz Ağalarlı, Azərbaycanın və Türk dünyasının görkəmli ictimai-siyasi xadimi Əhməd Bəy Ağaoğlunun çoxsaylı elmi əsərlərinə və elmi-publisistik irsinə istinad edərək dövlət və cəmiyyət, fərd, dövlət istilahlarının qarşılıqlı əlaqəsi, din və dövlət, dinin dövlətdə yeri və rolu kimi fundamental məsələlər haqqında çıxış etmişdir.

__________________

İctimaiyyətlə əlaqələr şöbəsi

???? info.tarixinstitutu@gmail.com

☎️ +994 70 253 75 93

© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir

 

Paylaş: