14.01.2025 15:49
Dosent Əhməd Quliyev İtaliyaya ezamiyyəti zamanı “Səfəvi - Osmanlı münasibətləri (İtalyan arxiv sənədləri və mənbələri əsasında)” mövzusunda doktorluq işi ilə bağlı Florensiya Dövlət Arxivi və Milli Mərkəzi kitabxanasında yeni arxiv sənədlərinin tədqiqi ilə də məşğul olacaqdır.
Xatırladaq ki, t.ü.f.d., dos. Ə.Quliyev 2019-2021-ci illərdə “Horizon-2020 Mariya Skladovskaya Küri Fərdi Təqaüd proqramı” çərçivəsində İtaliyanın Venesiya şəhərində yerləşən Venesiya Dövlət Arxivində və Marçana Milli kitabxanasında elmi araşdırmalar aparıb. Tədqiqatının nəticəsi olaraq ingilis dilində yazdığı “Safavids in Venetian and European Sources” adlı monoqrafiyası Venesiyanın Ka’ Foskari Universitetinin “Edizioni Ca' Foscari” nəşriyyatında çap olunub. Həmin monoqrafiyanın Azərbaycan dilinə tərcüməsi “Azərbaycan Səfəvi dövlətinin diplomatiya tarixi məsələləri Venesiya arxiv sənədlərində” adı ilə 2023-cü ildə Tarix və Etnologiya İnstitutu tərəfindən nəşr edilib.
Tarix və Etnologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsi