14.02.2025 15:37
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda daim elm və təhsilin vəhdətinə xüsusi diqqət yetirilir. Bu prinsipin həyata keçməsinin ən bariz nümunələrindən biri institutda tələbələrin istehsalat təcrübəsinin təşkilidir. Bu məqsədlə hər il olduğu kimi, 2025-ci ildə də müxtəlif universitetlərlə sıx əməkdaşlıq davam etdirilir. Bu günlərdə Tarix və Etnologiya İnstitutu ilə Bakı Slavyan Universiteti arasında müqavilə imzalanıb. Müqavilə müvafiq qanunvericiliyə, təşkilatların nizamnamələrinə, o cümlədən “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydası”na əsaslanır. Fevral ayından may ayınadək davam edəcək istehsalat təcrübəsinin nəqsədi tələbələrin təhsil müəssisəsində aldığı nəzəri biliklərini möhkəmləndirmək, dərinləşdirmək və onları praktiki bacarıqlar və səriştələr mənimsəyərək inkişaf etdirməkdir.
__________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir