19.02.2025 12:37
AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi əməkdaşları dünyanın bir sıra nüfuzlu jurnallarının redaksiya heyətlərinin üzvü kimi fəaliyyət göstərir , Azərbaycan elmini təmsil edirlər.
Bu günlərdə institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Tahir Şahbazov Türkiyədə nəşr olunan “Milli Kültür Araştırmaları Dergisi” adlı elmi jurnalının redaksiya heyətinin üzvü seçilib. İnstitutun “Tarixi etnologiya” şöbəsinin əməkdaşı olan Tahir Şahbazov Azərbaycan etnologiyasının müxtəlif problemləri ilə bağlı monoqrafiyaların və bir çox elmi məqalələrin müəllifidir.
_________________
İctimaiyyətlə əlaqələr şöbəsi
info.tarixinstitutu@gmail.com
+994 70 253 75 93
© Bütün hüquqlar qorunur.Xəbərlərdən istifadə edərkən http://www.tarixinstitutu.az saytına istinad zəruridir