AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN TARİXİ

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin kökündə ermənilərin Azərbaycanın Dağlıq Qarabağ ərazisinə əsassız iddiaları durur. Bu iddia XIX əsrin əvvəllərindən etibarən – Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilərin (40 min nəfər Qacar İranından, 90 min nəfər Osmanlı imperiyasından) Şimali Azərbaycan ərazilərinə köçürülməsindən sonra başlanmışdır.

XX əsrin əvvəllərindən etibarən Cənubi Qafqazda Azərbaycan xanlıqlarının torpaqları hesabına 9,8 min kv.km ərazidə 1920-ci ildə yaradılmış Ermənistan SSR-ə 1923-cü ildə yaradılmış DQMV-ni birləşdirmək siyasəti yürüdülmüşdür. Azərbaycan dövlətinə qarşı separatçılıq, türk-müsəlman xalqına qarşı deportasiya və soyqırımları ilə  müşayiət olunan proseslər XX əsrin 80-ci illərinədək müxtəlif forma və yollarla şəkillərdə davam etmişdir.

80-ci illərin ortalarında M.S.Qorbaçovun haki­miyyətə gəlməsi ilə erməni separatçılığı yenidən fəal­laşdı. Erməni ideoloqları «dənizdən-dənizə böyük Ermənistan» uydurmasını yenidən ortaya atmaqla müna­qi­şə­nin dərinləşməsinə zəmin yaratdılar.

SSRİ rəhbərliyinin xeyir-duası ilə milli ədavətin qızış­dı­rıl­ması başlandı.  Müxtəlif yollarla DQMV-də ictimai vəziyyəti gərgin­ləş­dir­dilər. Daxili separatizm başlandı və Azərbaycanın Yuxarı (Dağ­­lıq) Qarabağ regionu Ermənistanın dövlət separatizmi mey­da­­nı­na çevrildi.

1987-ci ilin əvvəllərindən erməni millətçilərinin təhriki ilə Yuxarı (Dağlıq) Qarabağda ermənilərin mitinq, nümayiş və küçə yürüş­lə­ri başladı. Bütün bunlar isə DQMV-nin siyasi, sosial-iqtisadi və mədəni hə­yatında böhranlı vəziyyət yaratdı. SSRİ rəhbərliyinin anti­azər­bay­can siyasəti nəticəsində münaqişə ocağı daha da alovlandı.

1988-ci il iyun ayının 12-də DQMV Xalq Deputatları Soveti Muxtar Vilayətin Azərbaycan SSR tərkibindən Ermənistan SSR-ə verilməsi haqqında qərar qə­bul etdi. 15 iyunda isə Ermənistan SSR Ali Soveti tərəfindən DQMV-nin Ermənistan SSR tərkibinə daxil olması haqqında mü­ra­ciət qəbul olundu.

Separatçı-terrorçu hərəkətlərin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və So­vet hökuməti vəziyyəti real qiymətləndirmədi. «1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vi­la­yə­tinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqın­da» 1988-ci il 24 mart tarixli qərarı bilərəkdən məsələnin sepa­rat­çı­lıq aktı olmasını ört-basdır etməyə yönəlmişdi. Belə bir dəstək erməni separatçılarını daha da ruhlandırdı və onların tə­ca­vüzkarlığını daha da artırdı. Mos­kva Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycan SSR-in tər­ki­bin­dən çıxartmaq istiqamətində daha bir addım atdı: SSRİ Ali Soveti Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də «Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarəçilik formasının tətbiqi haqqında» qərar qəbul etdi. Məqsəd, Dağlıq Qarabağ Muxtar Vilayətində yaradılmış Xüsusi İdarə vasitəsi ilə Komitəsi Muxtar Vilayətin Azərbaycandan alınıb Ermənistana verilməsini təmin etmək idi. Lakin bunu başa düşən Azərbaycan xalqının qətiyyətli mübarizəsi nəticəsində noyabrın 28-də Xüsusi İdarə Komitəsi ləğv edildi. Ancaq bunun əvəzində yeni bir qurum – Təş­kilat Komitəsi yaradıldı. Ermənistan SSR bu vəziyyətdən is­tifadə edərək dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana bir­ləş­dirilməsi haqqında antikonstitusion qərar qəbul etdi. Bu Ermə­nistan SSR tərəfindən Azərbaycan SSR-in ərazi bütövlüyünə qarşı açıq hüquqi müdaxilə aktı idi. Moskva, gözlənildiyi kimi, bu kobud müdaxilə faktına da göz yumdu. Bununla vəziyyət daha da kəskinləşdi. Bu dəfə M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi Azər­baycana qarşı daha dəhşətli bir cinayətə əl atdı. Sovet dövləti öz vətəndaşları qarşısındakı kons­titusiya öhdəliyini pozaraq ən müasir texnika və silahlarla si­lah­lanmış iri qoşun kontingenti yeritməklə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda qanlı qırğın törətdi. Lakin 20 Yanvar qırğını Azərbaycan xalqının iradəsini qı­ra bilmədi, əksinə respublikanın istiqlaliyyəti və ərazi bütövlüyü uğ­runda mübarizəni daha da gücləndirdi. Heydər Əli­yev 20 Yanvar qırğınının sə­hə­ri günü Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlib Sovet rəh­bərliyinin cinayət əməllərini qətiyyətlə ifşa etdi.

1991-ci ilin sonlarında Ermənistan Respublikası Azərbay­can Res­pub­li­ka­sına qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistan hərbi qüvvələri Azərbaycan sər­həd­lərini pozub Qarabağa daxil oldular. Onlar Dağlıq Qarabağın er­məni separatçı-terrorçuları ilə birləşərək, bir sıra şəhər və kənd­ləri işğal etdilər. Ermənistan silahlı qüv­və­ləri irimiqyaslı hərbi əmə­liy­yat­ları genişləndirdi.

1992-ci il fevralın 26-da Ermənistan qo­şunları Rusiyanın 366-cı qvardiya motoatıcı alayının köməyi ilə Azərbaycan Respub­li­ka­sının Xocalı şəhərini yerlə yeksan etdi, Xocalı soyqırımını törətdi.

1991-1993-cü illərdə Ermənistan hərbi qüvvələri Azərbaycan Respublikasının Yu­xarı (Dağlıq) Qarabağ bölgəsini, habelə Laçın, Kəlbə­cər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarını işğal etdi.

Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının 20 % – dən artıq ərazisini – aşağıdakı rayon və şəhərləri işğal etmişdir:

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda işğal edilmiş rayon və şəhərlər:

  1. Əskəran -              19.10.1991

  2. Hadrut -                19.11.1991

  3. Xankəndi  -           26.12.1991

  4. Xocalı -                26.02.1992

  5. Şuşa-Pənahabad -  08.05.1992

  6. Xocavənd-            02.10.1992

  7. Ağdərə -               07.07.1993

Azərbaycan Respublikasının Qarabağ regionunda işğal edilmiş digər rayonlar:

  1. Laçın –  18.05.1992

  2. Kəlbəcər – 02.04.1993

  3. Ağdam – 23.07.1993

  4. Füzuli –  23.08.1993

  5. Cəbrayıl –  23.08.1993

  6. Qubadlı – 31.08.1993

  7. Zəngilan – 29.10.1993

Ermənistanın təcavüzü nəticəsində 25 mindən artıq Azərbaycan vətəndaşı həlak olmuşdur. Bunların içərisində çoxlu sayda qadınlar, uşaqlar, qocalar vardır. Bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilmişdir. Azərbaycan mədəniyyətinin nadir inciləri məhv edilmişdir.

Azərbaycan Respublikasının 1988-1994-cü illərdə işğal еdilmiş əraziləri:

Cəmi: 13,110 kv.km. - 20 %.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu (Хankəndi, Şuşa, Хоcalı, Əskəran, Ağdərə, Хоcavənd, Hadrut) 1988-1993-cü illərdə işğal edilmişdir (ümumi sahəsi - 4,4 min kv.km.).

  • Xankəndi 1991-ci il dekabrın 26-da işğal edilmişdir (sahəsi-926 kv.km, əhalisi-57000 nəfərdir).

  • Xocalı 1992-ci il fevralın  26-da işğal edilmişdir (sahəsi-970 kv.km, əhalisi-1300 nəfərdir).

  • Şuşa 1992-ci il mayın 8-də işğal edilmişdir (sahəsi-289 kv.km, əhalisi-28000 nəfərdir).

  • Laçın 1992-ci il mayın 18-də işğal edilmişdir (sahəsi-1875 kv.km, əhalisi-28000 nəfərdir).

  • Xocavənd 1992-ci il oktyabr ın 2-də işğal edilmişdir (sahəsi-1458 kv.km, əhalisi-11000 nəfərdir).

  • Kəlbəcər 1993-cü il aprelin 3-4-də işğal edilmişdir (sahəsi-1936 kv.km, əhalisi-62000 nəfərdir).

  • Ağdərə 1993-cü il iyulun 7-də  işğal edilmişdir (sahəsi-1700 kv.km, əhalisi-47000 nəfərdir).

  • Ağdam 1993-cü il iyulun 23-də işğal edilmişdir (sahəsi-1094 kv.km, əhalisi-161000 nəfərdir).

  • Cəbrayıl 1993-cü il avqustun 23-də işğal edilmişdir (sahəsi-1050 kv.km, əhalisi-57000 nəfərdir).

  • Füzuli  1993-cü il avqustun 23-də işğal edilmişdir (sahəsi-1112 kv.km, əhalisi-110000 nəfərdir).

  • Qubadlı 1993-cü il avqustun 31-də işğal edilmişdir (sahəsi-826 kv.km, əhalisi-38000 nəfərdir).

  • Zəngilan 1993-cü il oktyabrın 29-da işğal edilmişdir (sahəsi-707 kv.km, əhalisi-42000 nəfərdir).

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi,  Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.
Düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı:
27 sentyabr 2020-ci il
Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri
Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri
Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər
 3 oktyabr 2020-ci il
Tərtər rayonunun Suqovuşan və Talış kəndləri
Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri
Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi
 4 oktyabr 2020-ci il
Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri
5 oktyabr 2020-ci il
Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri
 9 oktyabr 2020-ci il
Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi
Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri
Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı kəndləri
Tərtər rayonunun Çaylı kəndi
 14 oktyabr 2020-ci il
Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri
Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri
15 oktyabr 2020-ci il
Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri
Füzuli rayonunun Arış kəndi
Cəbrayıl rayonunun Doşulu kəndi
 16 oktyabr 2020-ci il
Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri
 17 oktyabr 2020-ci il
Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri
 18 oktyabr 2020-ci il
Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı
 19 oktyabr 2020-ci il
Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri
 20 oktyabr 2020-ci il
Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri
Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri
Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri
Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri
 21 oktyabr 2020-ci il
Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri
Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri
Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri
 22 oktyabr 2020-ci il
Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi
Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri
Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri
23 oktyabr 2020-ci il
Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri
Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri
Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri
Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri
25-26 oktyabr 2020-ci il
Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri
Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri
Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri
28 oktyabr 2020-ci il
Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri
Füzuli rayonunun Mandılı kəndi
Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri
Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri
30 oktyabr 2020-ci il
Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri
Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri
Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı. 
2 noyabr 2020-ci il
Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri
Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri
Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri
4 noyabr 2020-ci il
Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri
Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri
Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri
7 noyabr 2020-ci il
Füzuli rayonunun Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar kəndləri
Cəbrayıl rayonunun Yuxarı Məzrə, Yanarhac kəndləri
Qubadlı rayonunun Qəzyan, Balasoltanlı, Mərdanlı kəndləri
Zəngilan rayonunun Beşdəli kəndi
Xocalı rayonunun Qarabulaq, Moşxmaat kəndləri
Xocavənd rayonunun Ataqut, Tsakuri kəndləri
8 noyabr 2020-ci il
ŞUŞA şəhəri

9 noyabr 2020-ci il
Füzuli rayonununQobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq kəndləri
Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı kəndləri
Xocavənd rayonunun Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər kəndləri
Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər kəndləri
Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli kəndləri
Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndləri, Bartaz qəsəbəsi
Laçın rayonunun Güləbürd, Səfiyan, Türklər  kəndləri.

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı

Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:

1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası tutduqları mövqelərdə qalacaqlar.

2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.

3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.

4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyətini Tərəflərdən hər hansı biri bəyan etməzsə, avtomatik olaraq növbəti 5 illik müddətlərə uzadılır.

5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.

6. Ermənistan Respublikası 15 noyabr (25 noyabra kimi) 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.

Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.

7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.

8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.

9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.

10 noyabr 2020-ci il.

Azərbaycan Respublikasının Prezidenti

Ermənistan Respublikasının baş naziri

Rusiya Federasiyasının Prezidenti

Paylaş: