AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ŞUŞA

İşğaldan azad edildi: 2020 -ci il 8 noyabr .

İşğal tarixi: 1992 - ci il 8 may - 2020-ci il 7 noyabr.

Ərazisi: 289 kv.km.

Əhalinin sayı: 24900 nəfər.

Şəhid olmuşdur: 193 nəfər.

Əlil olmuşdur: 102 nəfər.

Milli qəhrəmanlar: 5 nəfər.

Ermənistanın hərbi təcavüzü nəticəsində dağıdılmış, yandırılmış və talan edilmişdir:

Sənaye və tikinti obyekti: 27

Mədəni-məişət obyekti: 103

Şəhər, qəsəbə və kənd: 31

Tarixi abidə və muzeylər: 249

Tarixi abidə: 17

Çar hökümətinin Qafqazda 1840-cı il 10 aprel tarixli inzibati islahatına əsasən 1841-ci il yanvarın 1-də Kaspi vilayətinin tərkibində Şuşa qəzası yaradılmışdır. Qəzanın mərkəzi Şuşa şəhəri idi.

1846-cı ildə Bakı, 1867-ci ildə isə Yelizavetpol quberniyasına daxil edilmişdi. 1867-ci il dekabr tarixli çar fərmanına əsasən, Zəngəzur və Cavanşir məntəqələri Şuşa qəzasından ayrılıb müstəqil qəzalara çevrildilər. Şuşa qəzasının ümumi sahəsi 4911 kv.km., əhalisi 140740 nəfər olmuşdur (1897).

1930-cu ildə Şuşa rayonu təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Stepanakert rayonuna (1978-ci ildən Əskəran rayonu) verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Sahəsi 289 kv.km., əhalisi 19000-dir (1987-ci il, 1 yanvar). Mərkəzi Şuşa şəhəridir. Rayonda 1 şəhər, 30 kənd və başqa yaşayış məntəqəsi var idi.

2020-ci il 8 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa etdiyi müraciətdə Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini verdi.

Paylaş: