AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

LAÇIN

İşğaldan azad edildi:2020-ci il 1 dekabr.

İşğal tarixi: 1992-ci il 18 may 

Ərazisi: 1835 kv.km.

Əhalisi: 64900 nəfər.

Şəhid olmuşdur: 259 nəfər.

Əlil olmuşdur: 225 nəfər.

Milli  qəhrəmanlar: 6 nəfər.

Ermənistanın hərbi təcavüzü nəticəsində dağıdılmış, yandırılmış və talan edilmişdir:

Mədəni-məişət obyekti: 575

Kəndlərin sayı: 125

Şəhər: 1

Tarixi abidə: 12

Laçın rayonu 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1835 kv.km., əhalisi 64900-dür. Rayonda 1 şəhər, 125 kənd var. Mərkəzi Laçın şəhəridir.

Rayonda  17 ibtidai, 36 səkkizillik, 36 orta məktəbdə 14400, həmçinin 1 kənd məktəbində 252 şagird təhsil alırdı. Rayonda 54 klub, 67 kitabxana,  34 kinoqurğu fəaliyyət göstərirdi. Rayonda 470 çarpayılıq 13 xəstəxana, 30 feldşer-mama məntəqəsi, sanitariya-epidemoloji stansiya, 52 həkim, 287 orta tibb işçisi var idi.

Rayonda xeyli sayda memarlıq abidələri var idi. Onlardan Ağoğlan çayı üzərində “Ağoğlan” alban-xristian məbədi, Hocaz kəndində mağara-məbəd, Cicimli kəndində Məlik Əjdər türbəsi, Zeyvə kəndində Kafir qalası, Sultan Baba türbəsi, Şeyx Əhməd türbəsi, Qırışqıraq kəndində məscid, Hüsürlü kəndində Həmzə Sultan sarayı, Həkəri çayı üzərində körpü, Güləbird kəndində türbə var idi ki, hazırda rayon Ermənistan hərbi qüvvələrinin işğalı altında olduğu üçün onların taleyi məlum deyil.

Azərbaycan Ordusunun 2020-сi il, sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 9-dək Laçın rayonunun 3 kəndi işğaldan azad edilib.

Paylaş: