AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

​​​​​​​FÜZULİ

İşğal tarixi: 1993-cü il 23 avqust - 2020-ci il 16 oktyabr

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 9-dək Füzuli şəhəri (17 oktyabr) və rayonun 53 kəndi işğaldan azad edilib.  

Ərazisi: 1112 kv.km.

Əhalisi: 95940 nəfər.

Şəhid olmuşdur: 528 nəfər.

Əlil olmuşdur: 1309 nəfər.

Milli qəhrəmanlar: 6 nəfər.

Ermənistanın hərbi təcavüzü nəticəsində dağıdılmış, yandırılmış və talan edilmişdir:

Mədəni-məişət obyekti: 145

Qəsəbə və kənd: 54

Tarixi abidə: 15

Azərbaycan Respublikasının Füzuli inzibati rayonu 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1386 kv.km., əhalisi 80,2 min nəfər. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 71 kənd və qəsəbə var. Rayonun mərkəzi Füzuli şəhəridir.

Ən iri yaşayış məntəqələri Füzuli şəhəri, Horadiz şəhər tipli qəsəbəsi, Böyük Bəhmənli və Horadiz kəndləridir.

Rayonda 69 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq teatrı, 17 kinoqurğu fəaliyyət göstərirdi.

Azərbaycanın Qarabağ regionunda Şuşa, Ağdam, Bərdə, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər rayonları ilə bərabər Füzuli ərazisindən də vaxtilə xeyli miqdarda tikinti, qəbir və epiqrafik abidələri qeydə alınmış və tədqiq edilmişdir. İndi onlar işğal altında olduğu üçün ermənilər tərəfindən dağıdılmışdır.

Azərbaycanın Füzuli rayonu ərazisində Babı türbəsi (XII əsr), Aşağı Veysəlli kəndindəki Mirəli türbəsi (XIV əsr) və Əhmədallar kəndindəki türbə (XIV əsr), Şeyx İbrahim türbəsi (XVII əsr), Əhməd Sultan türbəsi, Cəlal türbəsi (h.t.1307), Qarğabazar kəndində Hacı Qiyasəddin məscidi (1682), karvansara (1684), türbə (18 əsr) Qoç Əhmədli Cümə məscidi, Hacı Ələsgər məscidi, Horadiz kəndindəki Cümə məscidi, Hacı Ələkbər məscidi (XIX əsr), və s. işğal altında qalmışdır.

Paylaş: