AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

CƏBRAYIL

İşğal tarixi: 1993-cü il 23 avqust - 2020-ci il 3 oktyabr 

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 9-dək Cəbrayıl şəhəri (4 oktyabr) və rayonun 90 kəndi işğaldan azad edilib. 

Ərazisi: 1050 kv.km.

Əhalisi: 52049 nəfər.

Şəhid olmuşdur: 347 nəfər.

Əlil olmuşdur: 172 nəfər.

Milli qəhrəmanlar: 4 nəfər.

Ermənistanın hərbi təcavüzü nəticəsində dağıdılmış, yandırılmış və talan edilmişdir:

Mədəni-məişət obyekti: 197

Qəsəbə və kənd: 90

Tarixi abidə: 27

Azərbaycan Respublikasının Cəbrayıl inzibati rayonu 1930-cu ildə təşkil edilmişdir. Sahəsi 1050 kv.km., əhalisi 45,8 min nəfər. Rayonda 1 şəhər, 77 kənd və qəsəbə var. Mərkəzi Cəbrayıl şəhəridir.

Rayonda 10 mədəniyyət evi, 49 klub, 28 kinoqurğu, 58 kitabxana var idi.

Memarlıq abidələrindən Cəbrayıl şəhərində Sultan Allahverdi hamamı, Xudayarlı kəndində dairəvi və səkkizguşəli türbələr (XIX əsr), Şıxlar kəndində dairəvi türbə (XIV əsr), Xudafərin körpüsü və s. mövcud olmuşdur.

Paylaş: