AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ZƏNGİLAN

İşğal tarixi:  1993-cü il 29 oktyabr

Ərazisi: 707 kv.km.

Əhalisi: 39.660 nəfərdir.

Şəhid olmuşdur: 191 nəfər.

Əlil olmuşdur: 110 nəfər.

Milli qəhrəmanlar: 2 nəfər.

Ermənistanın hərbi təcavüzü nəticəsində dağıdılmış, yandırılmış və talan edilmişdir:

Mədəni-məişət obyekti: 138

Qəsəbə və kənd: 83

Tarixi abidə: 13

Azərbaycan Respublikasının Zəngilan rayonu 1930-cu ildə təşkil edilmişdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 83 kənd və qəsəbə var. Mərkəzi Zəngilan şəhəridir.

Zəngilan rayonu 30 avqust 1930-cu il tarixdə təşkil edilmişdir. 24 noyabr 1931-ci il tarixdə Qubadlı rayonu 18 kənd sovetliyi ilə birlikdə Zəngilan rayonu ərazisinə daxil edilmişdir. 14 mart 1933-cü il tarixində Qubadlı rayonu yenidən bərpa edilmiş və 18 kənd sovetliyi Zəngilan rayonundan Qubadlı rayonuna qaytarılmışdır. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 04 yanvar 1963-cü il tarixli Qərarı ilə bir daha Qubadlı rayonu ləğv edilmiş və ərazisi Zəngilan rayonu tərkibinə verilmiş, bir müddətdən sonra Qubadlı rayonu yenidən bərpa olunmuşdur.

Şərqlə qərbin qovuşduğu yerdə yerləşən Zəngilan rayonu, ticarətdə əsas əlaqələndirici məntəqələrdən olmuşdur. Arxeoloji tədqiqatlar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və arxeoloji nümunələr Zəngilan rayonunun qədim tarixə malik olduğunu göstəerir. Rayonun ərazisində 60-cı illərdə təsərrüfat işləri zamanı xeyli küp qəbirlər (küp qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və e. ə. IV -II əsrlərə aid edilən sikkələrin aşkar edilməsi  Zəngilan ərazisinin qədim zamanlardan beynəlxalq ticarətdə rolu haqqında  məlumat verir.

Tədqiqatlar  əvvəllər Pirçivan adlandırılan bu şəhərə 1930-cu ildə Zəngilan adının verildiyini bildirir. Belə ki, ilk adı Pirçivan оlan rayоn mərkəzi 1957-ci ldən Zəngilan adlandırılmışdır) 1967-ci ildə Zəngilana şəhər statusu verilmişdir. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuşdur.

Paylaş: