Erməni mənşəli rus polkovniki Qazaros Lazaryanın (Lazaryevin) Şimali Azərbaycana köçürülən ermənilərə müraciəti (30 mart, 1828, Urmiya şəh.)
"... Orada (yəni Şimali Azərbaycanda) siz xristianların məskunlaşdırıldığı yeni vətən əldə edəcəksiniz... İranın müxtəlif əyalətlərinə səpələnmiş xristianların (yəni ermənilərin) bir yerə cəmləşdiyini görəcəksiniz. Tələsin! Vaxt qiymətlidir. Tezliklə rus qoşunları İranı tərk edəcək, bundan sonra sizin köçməyiniz çətinləşəcək və biz sizin təhlükəsiz köçməyinizə cavabdeh olmayacağıq. Azca itkiyə məruz qalsanız da, qısa zamanda hər şeyə nail olacaqsınız, özü də həmişəlik".
Mənbə: Глинка Сергей Николаевич. Описание переселения армян аддербиджанских в пределы России. Москва, 1831, c.107-111