AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ƏLİYEVA İRADƏ HACIƏLİ QIZI

ƏLİYEVA İRADƏ HACIƏLİ QIZI

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru.

1972-ci il yanvar ayının 25-də Zaqatala rayonunun Əliabad kəndində anadan olub.

1979-1989-cu illərdə Əliabad kəndinin 1 nömrəli Beynəlmiləl orta məktəbində təhsil almışdır.

1991-ci ildə M.Ə. Rəsulzadə adına Bakı Dövlət Unversitesinin Tarix fakültəsinə daxil olmuş, 1996-cı ildə ali təhsilini başa vurmuşdur. 

1993-2001-ci illərdə Zaqatala rayon, Əliabad qəsəbəsinin 4 saylı orta məktəbində tarix müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olub.

2001-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olub. 2005-ci il 6 sentyabr tarixində AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda “Azərbaycanın sovet dövrü tarixi” şöbəsində elmi işçi kimi işə başlamış, 2014-cü ildə növbəti attestasiyada böyük elmi işçi (0,5 ş.v. əvəzçiliklə) saxlanmaqla Kadrlar şöbəsini rəisi təyin olunub.

2014-cü ildə Vətən tarixi ixtisası üzrə “Çar Rusiyasının Şimal-Qərbi Azərbaycanda dini siyasəti və ingiloylar (XIX əsr)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2016-ci ilin yanvarında Tərcümə və nəşriyyat işləri şöbəsinin müdiri vəzifəsinə keçib.

2016-cı il 7 dekabrından - 2021-ci ilin fevralın 3-dək Tarix İnstitutun Elmi katibi olmuşdur.

Əsərləri

  1. Çar Rusiyasının Şimal-Qərbi Azərbaycanda dini siyasəti və ingiloylar (XIX əsr) [Mətn] : tarix üzrə fəls. d-ru e. dər. al. üçün təq. ed. dis.: 5503.02 /İ. H. Əliyeva ; AMEA, A.A. Bakıxanov ad Tarix İn-tu. Bakı: 2014, 155 s. 
  2. Çar Rusiyasının Şimal-Qərbi Azərbaycanda dini siyasəti və ingiloylar (XIX əsr) [Mətn] : tarix üzrə fəls. d-ru e. dər. al. üçün təq. ol. dis-nın avtoreferatı : 5503.02 /İ. H. Əliyeva ; AMEA, A.A. Bakıxanov ad. Tarix İn-tu.. Bakı: 2014, 26 s. 
  3. İngiloylar: zorakı xristianlaşmaya və gürcüləşdirməyə qarşı mübarizə tarixindən. Bakı: AZPoliqrAF 2019, 368 s.  
  4. İradə Əliyeva, Zakirə Əliyeva. Yaqub Mahmudovun tarixçilər məktəbi. Bakı: Turxan NPB. 2019, 368 s. 
  5. İradə Əliyeva, Zakirə Əliyeva. Tanıdığımız və tanımadığımız Yaqub Mahmudov. Bakı: Turxan NPB. 2019, 392 s. 
  6. Р.Г.Рустамов, Ш.Ф.Рахманзаде, Э.Ф.Мамедов, И.Г.Алиева: Тифлисский период государственной деятельности лидеров Азербайджанской Демократической Республики. Bakı: Turxan NPB. 2018, 456 с.
  7. რ.ჰ.რუსტამოვი, შ.ფ.რეჰმანზადა, ე.ფ.მამმადოვი, ი.ჰ.ალიევი: აზერბაიჯანის დემიკრატიული რესპუბლიკის მოღვაწეების სახელმწიფოებრივი მოღვაწეობის თიფლისის ეპოქა. Bakı: Turxan NPB. 2018, 536 პ.
  8. R.H.Rüstəmov, Ş.F.Rəhmanzadə, Ə.F.Məmmədov, İ.H.Əliyeva: Azərbaycan Xalq Cümhuriyyəti Xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü. Bakı: Turxan NPB 2018, 440 s. 
  9. İradə Əliyeva, Zakirə Əliyeva: Soyqırımı, Terrorizm, Deportasiya (Biblioqrafik göstərici). Bakı: Turxan NPB 2017 

Məqalələri

 

  1. İngiloyların çar Rusiyasının pravoslavlaşdırma siyasətinə qarşı mübarizəsi. AMEA Tarix İnstitutunun “Elmi əsərləri”, 20-ci cild, Bakı, 2007, s.131-137
  2. Şimal-Qərbi Azərbaycanda Kürmük bayramının keçirilməsi tarixinə dair. AMEA Tarix İnstitutunun “Elmi əsərləri”, 23-ci cild, Bakı, 2008, s.169-176
  3. Çar Rusiyasının Şimal-Qərbi Azərbaycanda zorakı xristianlaşdırma siyasəti (Tasmalı kəndinə dair arxiv materialları əsasında). AMEA Tarix İnstitutunun “Elmi əsərləri” Bakı, 2010, 32-ci cild, s.92-99
  4. İngiloyların çar Rusiyasının pravoslavlaşdırma siyasətinə qarşı mübarizəsi. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Bakı, 2010, 32-ci cild, s.92-99
  5. XIX əsrin əvvəllərində çar Rusiyasının Cənubi Qafqazla bağlı işğalçılıq siyasətində dini amillər və İngiloylar AMEA Tarix İnstitutunun “Elmi əsərləri”, 35-ci cild, Bakı, 2010 
  6. Антиколониальные выступления населения в Закатальском округе северного Азербайджана в 60-годах XIX века” AMEA “Azərbaycan və azərbaycanlılar” №3-4, Bakı 2010
  7. Насильственная христианизация царской Россией северо-западного Азербайджана (на основе архивных материалов по селу Тасмалы). Kazırgi Zaman pikirler əlemi filоsofiya almanaxı (Философский алманах современность: Мир мнений ), №2, Алматы 2012, с.134-143
  8. «Христианизация в северо-западном Азербайджане в период царской России (70-е годы XIX ст.)». Гилея научный вестник выпуск 72 (5), Киев 2013. Нацiональний Педагогiчний Унiверситет iменi М.П.Драгоманова Украiнська Академiя Наук. Гiлея науковии вiсник. Збiрник наукових праць. Випуск 72 (5), Киiв 2013, с. 218-223
  9. Şimal-qərbi Azərbaycanın çar Rusiyası tərəfindən işğalı XIX əsr. Gəncə Dövlət Universiteti, Elmi Xəbərləri. Gəncə, 2013. № 4. s. 217-223
  10. “Qafqazda pravoslav xristianlığı bərpası cəmiyyətinin tarixi və fəaliyyəti”. Bakı Avrasiya Universitetinin “Siviliza¬siya” jurnalı, Bakı 2013, №5. s. 145
  11. “XIX əsr Şimal – Qərbi Azərbaycanın Çar Rusiyası tərəfindən işğalı”. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun /Azərbaycan Arxeologiyası və Etnoqrafiyası jurnalı. Bakı, 2014, səh. 241-246
  12.  Azərbaycanda tarixi-siyasi hərəkatlar (Əliabad üsyanı). “Strateji təhlil” jurnalı, № 3, s.195-205
  13. Kuzey Batı Azerbaycan’da Rusya Müstemlekeciliğine Karşı Mücadele.Yeni Türkiyə Stratejik Araştırma Merkezi jurnal, Ankara 2015, s.202
  14. Çar Rusiyasının Şimali Azərbaycanda pravoslavlaşdırma siyasəti (İrəvan, Naxçıvan və Qarabağ materialları əsasında). AMEA Tarix İnstitutunun “Elmi əsərləri”, 68-ci cild, Bakı, 2017, s.121-126

Konfranslar

  1. Çar Rusiyasının Cənubi Qafqaz siyasətində ingiloylar. AMEA Tarix İnstitutunun “Elmi əsərləri”, xüsusi buraxılış (“Azərbaycan-Dağıstan: qardaşlıq münasibətləri tarixi, müasirlik, perspektivlər” mövzusunda Seyid Qurbanovun xatirəsinə həsr olunmuş beynəlxalq elmi konfransın materialları), 33-cü cild, Bakı, 2010,  s. 293-304
  2. Çarizmin Şimali-Qərbi Azərbaycanla bağlı işğalçılıq planları və ingiloylar. AMEA Tarix İnstitutunun “Elmi əsərləri”, xüsusi buraxılış (“həsr olunmuş beynəlxalq elmi konfransın materialları), 38-ci cild, Bakı, 2011, 
  3. XIX yüzyılında çar Rusiyasının Azerbaycan’ın Kuzey-Batı Bölgesinde Hristianlıq yaymak Siyaseti ve İngiloylar”. Türkiyə Cümhuriyyətinin, Ordu şəhərində dərc olunan “Güney Kafkasiya Halkları Dil – Tarih – Kültür İlişkileri Uluslar Arası Bilgi Şöleni Bildiriler” konfran materialları. 2011 
  4. XIX əsrin birinci yarısında ingiloylar arasında xristianlığın yayılması. Türk Dünyası: Dünəni və Bu Günü (Beynəlxalq elmi konfrans) tezislər – 23-24 may 2011. Bakı, 2011, s.468
  5. 1863 rok-powstanie w Zagatala.Materialy III Konferencji Naukowej Azerbejdzan –Polska, Warszawa, 2014, s.202
  6. XIX əsrin birinci yarısında gürcü ekzarxının ingiloyları xristianlaşdırmaq cəhdləri Azərbaycan folkloru və milli-mədəni müxtəliflik Beynəlxalq elmi-praktik konfransın materialları) Zaqatala, 2016, s.209
  7. Azərbaycanın şimal-qərb bölgəsində çar Rusiyasının yürütdüyü zorakı xristianlaşdırma və köçürmə siyasəti AMEA Tarix İnstitutunun “Elmi əsərləri”, xüsusi buraxılış (“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımlarına həsr olunmuş IV beynəlxalq elmi konfransın materialları), 64-65-66-ci cild, Bakı, 2017 s.214

 

Paylaş: